Vəzifəli şəxs azadlığa buraxıldı

Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən Dadaş Quliyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı məhkumun müdafiəçisi tərəfindən verilən kassasiya şikayətinə münasibətdə dəyişdirilib.

Onun barəsində təyin edilən 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası şərti hesab edilərək, ona üç il sınaq müddəti müəyyən edilib, həbs qətimkan tədbiri ləğv olunub və Dadaş Quliyev cəzaçəkmə müəssisəsindən azad edilib. Eyni zamanda, əlavə cəza kimi təyin edilmiş vəzifə tutmaq hüququndan məhrumetmə cəzasının müstəqil icra olunması qərara alınıb.
 

İttihama görə, Dadaş Quliyev vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub, həmçinin vəzifə saxtakarlığı törədib.


Məhkəmə müəyyən edib ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 25 saylı dolayında mühafizə yegeri işləyərkən həmin meşəbəyliyin sahə müfəttişi vəzifəsini müvəqqəti icra edib.

Dadaş Quliyev bu vəzifədə olarkən tabeliyində olan mühafizə yegerlərinin fəaliyyətinə nəzarət etmək, mühafizə rejimini təmin etmək, qanun pozuntularını rəsmiləşdirib rəhbərliyə məlumat vermək öhdəliyinə malik olduğu halda, 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək xidməti vəzifələrini qəsdən icra etməyib.

Belə ki, müəyyən edilməmiş şəxslər tərəfindən pul müqabilində Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin müxtəlif dolaylarında ağacların qanunsuz kəsilməsinə və təbii şəkildə aşmış ağacların daşınmasına şərait yaradılıb.

Nəticədə 29, 30 və 27 saylı dolaylarda ümumilikdə 93 ədəd ağac qanunsuz kəsilib, səkkiz ədəd təbii aşmış ağac daşınıb, təbiətə isə 47 128.01 manat məbləğində maddi ziyan vurulub.

Məhkəmə bu halların xüsusi mühafizə olunan Milli Park ərazilərində ekoloji tarazlığı pozmaqla əhalinin həyat və sağlamlığı üçün təhlükə yaratdığını müəyyən edib.

Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Dadaş Quliyevin 2023-cü ilin oktyabr-noyabr aylarında Seyfidor meşəbəyliyinin 27-ci dolayında yaş halda qanunsuz kəsilmiş ağcaqayın ağacını aşkar etməsinə baxmayaraq, törədilmiş cinayət əməllərini ört-basdır etmək məqsədilə 15 fevral 2024-cü il tarixli saxta akt tərtib edib, ağacı quru halda kəsilmiş kimi rəsmiləşdirərək rəhbərliyə təqdim edib və bununla vəzifə saxtakarlığına yol verib.
 

Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli hökmü ilə Dadaş Quliyevin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.


Ona qismən cəzaların toplanması yolu ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, habelə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası təyin edilib. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından dərhal həbs olunub. Mülki iddia təmin edilərək dəymiş ziyanın ödənilməsi qərara alınıb.

Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2025-ci il tarixli qərarı ilə həmin şikayətlər təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Daha sonra məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Bakıda ət niyə baha satılır? - VİDEO

Bakıda ət niyə baha satılır? - VİDEO

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO