Karantinə görə saxta sənədlər hazırlayan şəbəkə üzvləri tutuldu - VİDEO

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəbəkə üzvləri ifşa ediliblər.

Tədbir zamanı müəyyən edilib ki, “24 Taxı” şirkətinin müdir müavini Yaqub Qafarov tanışları Roman Novruzov, Pərvin Rəhimli, Natiq Qubadov və Natiq Rzayevlə birlikdə qanunsuz yollarla vətəndaşları icazə portalından qeydiyyatdan keçiriblər. Bunun üçün R. Novruzov, P. Rəhimli, N. Qubadov və N. Rzayev onlara karantin zamanı sərbəst hərəkət etmək üçün müraciət edən şəxslərin sənədlərini toplayaraq Y.Qafarova təqdim ediblər.

Sonuncu isə öz növbəsində 150 manat müqabilində həmin şəxsləri rəhbərliyində təmsil olunduğu şirkətdə kuryer, sürücü kuryer və taksi sürücüsü kimi qeydiyyatdan keçirib.

Bu yolla şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 60-a yaxın vətəndaşın hər birindən 150 manat almaqla onları onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.

Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən şirkətin ofisinə baxış zamanı eyni məqsədlər üçün hazırlanmış saxta arayışlar, bank kartları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Həmçinin bu şəxslərin sosial şəbəkələrdə öz aralarında danışıqları araşdırılan zaman da dəstə üzvlərinin etdikləri qanunsuz əməllər bir daha öz təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşların nəzərinə çatdırır ki, operativ qərargahın müəyyən etdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında ciddi hüquqi məsuliyyət tədbirləri görülür. Tətbiq edilən bütün məhdudiyyətlər hər bir vətəndaşın sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada Yaroslavl neft emalı zavoduna PUA hücumu - VİDEO

Rusiyada Yaroslavl neft emalı zavoduna PUA hücumu - VİDEO

Kolumbiyada TERROR: 14 ölü, 20-dən çox yaralı var - VİDEO

Kolumbiyada TERROR: 14 ölü, 20-dən çox yaralı var - VİDEO

Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO

Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Minik avtomobili "Qazel”ə çırpıldı - ÖLƏN VAR

Minik avtomobili "Qazel”ə çırpıldı - ÖLƏN VAR

Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

Rusiyanın 4 hava limanı fəaliyyətini DAYANDIRDI

Rusiyanın 4 hava limanı fəaliyyətini DAYANDIRDI

Bakıda ağır qəza: Yaralılar var - VİDEO

Bakıda ağır qəza: Yaralılar var - VİDEO

"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

Tramp: “Melaniya məndən cəld tərpəndi”

Tramp: “Melaniya məndən cəld tərpəndi”

Zaur Kamal "Qayıdırıq" dedi, telekanal isə...

Zaur Kamal "Qayıdırıq" dedi, telekanal isə...

Tramp: “ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb"

Tramp: “ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb"

Türk futbolçunun komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO

Türk futbolçunun komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO

Çernobıl faciəsindən 40 il keçir

Çernobıl faciəsindən 40 il keçir

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

37 İran gəmisi saxlanıldı - Milyardlarla dollar dəyərində məhsul daşıyırmış

37 İran gəmisi saxlanıldı - Milyardlarla dollar dəyərində məhsul daşıyırmış

Ukrayna Voloqda vilayətində sulfat turşusu boru kəmərinə zərbə endirdi: 5 yaralı var

Ukrayna Voloqda vilayətində sulfat turşusu boru kəmərinə zərbə endirdi: 5 yaralı var

Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Sevastopola dron hücumu: Ölən və yaralananlar var

Sevastopola dron hücumu: Ölən və yaralananlar var

Tramp: “İnsident törədən şəxs bir neçə silahla silahlanıbmış”

Tramp: “İnsident törədən şəxs bir neçə silahla silahlanıbmış”

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı - VİDEO

Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı - VİDEO

Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

End of content

No more pages to load

RADİO