Ukrayna Silahlı Qüvvələrinin Sevastopolda dronlarla hücumu nəticəsində bir nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev özünün “Telegram” kanalında yazıb.
"Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumu nəticəsində 1983-cü il təvəllüdlü bir kişi həlak olub. Hücum zamanı o, avtomobildə olub. Hadisə yerinə gələn təcili yardım briqadası təəssüf ki, onu xilas edə bilməyib. İlkin məlumata görə, üç nəfər də yaralanıb", - deyə o bildirib.
Bizim.Media