Kəlbəcərdə nə baş verib? – Süni ajiotaj fonunda REAL MƏNZƏRƏ

Qarabağda və Şərqi Zəngəzurda həyat tədricən öz təbii axarına qayıdır. Uzun illər işğal altında qalmış ərazilərdə Azərbaycan dövləti yenidənqurma və bərpa işlərini sürətlə davam etdirir, infrastruktur yaradılır, sosial mühit formalaşır.
 

MÖVZU İLƏ BAĞLI: 

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO


Bu il 70 mindən çox insan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili işğaldan azad olunmuş ərazilərdə, doğma yurdlarında qeyd etdi. Qarabağ və Şərqi Zəngəzurda keçirilən təntənəli bayram şənlikləri, 30 ildən sonra öz dədə-baba ocaqlarına qovuşmuş keçmiş məcburi köçkünlərin sevinci isə sözlə ifadə oluna bilməyəcək xoşbəxtlik, qürurdur.

Sosial şəbəkədə süni ajiotaj yaratmaq cəhdi

Lakin bu müsbət mənzərəyə kölgə salmaq istəyənlər də var. Sosial şəbəkələrdə Kəlbəcərdə guya Yeni il ərəfəsində elektrik, istilik və su təchizatının kəsilməsi ilə bağlı yayılan iddialar məhz belə cəhdlərdəndir. Paylaşımlarda sakinlərin sərt qış şəraitində çətin durumda qaldığı iddia edilir, məsələ bilərəkdən dramatik formada təqdim olunur.

Əslində nə baş verib?

Təbii ki, Kəlbəcər kimi dağlıq bölgədə sərt qış şəraitində qısamüddətli texniki problemlərin yaranması fövqəladə hadisə hesab oluna bilməz. Əsas məsələ dövlət qurumlarının belə hallara reaksiyasıdır. Bu hadisədə də operativlik, koordinasiya və əhali ilə daimi əlaqə özünü aydın şəkildə göstərib.
 

Belə ki, güclü külək, şaxta və çovğunlu hava şəraiti nəticəsində İstisu elektrik xəttində qəza baş verib və bu, enerji təchizatında qısa müddətli fasiləyə səbəb olub. Aidiyyəti qurumların dərhal müdaxiləsi nəticəsində nasazlıq gecə saatlarında aradan qaldırılıb və səhər saat 07:00-dək elektrik enerjisinin verilməsi tam bərpa edilib. Digər kommunal xidmətlərdə ciddi problem qeydə alınmayıb, yalnız üç mənzildə kombi borularının donması halı müşahidə olunub ki, bu da dərhal həll edilib.


Üstəlik, Kəlbəcər sakinləri də öz açıqlamalarında nasazlığın qısa müddətdə həll olunduğunu və hər hansı ciddi problemlə qarşılaşmadıqlarını açıq şəkildə bildiriblər.

Dezinformasiyanın mənbəyi: Ramiz Abışov kimdir?

Kəlbəcərlə bağlı dezinformasiya kampaniyasının mərkəzində Ramiz Abışov adlı şəxs dayanır. Onun sosial şəbəkələr vasitəsilə yaydığı iddialar reallığı əks etdirmir və məqsədli xarakter daşıyır.

Ramiz Abışov ailəsi ilə bağlı korrupsiya və hüquqi məsuliyyət faktlarının mövcudluğu, həmçinin dövlət qurumlarına qarşı şantaj xarakterli davranışları ilə tanınır. Bu faktları və onun ümumi fəaliyyətini nəzərdən keçirdikdə sözügedən paylaşımın məqsədyönlü olduğu aydın şəkildə görünür. Məqsəd isə dövlət tərəfindən reallaşdırılan uğurlu layihələrə kölgə salmaqdır.

Dünya təcrübəsi: problemlər hər yerdə var

Əslində texniki və fövqəladə hallar dünyanın hər yerində, hətta ən yüksək inkişaf səviyyəsinə malik ölkələrdə də baş verir. Bu reallığı görmək üçün, son bir neçə gündə baş verən hadisələrə nəzər salmaq kifayətdir.
 

Məsələn, bayram gecəsi İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb, azı 100 nəfər yaralanıb. Hadisədən üç gün keçməsinə baxmayaraq, partlayışın hansı səbəbdən baş verməsi dəqiq müəyyən edilməyib. Ancaq faciənin miqyası nə qədər böyük olsa da, heç kim sosial şəbəkələrdə ajiotaj yaratmaq üçün İsveçrə hökumətini, ya da kurort rəhbərliyini tənqid etmir.


Digər bir nümunə kimi Rumıniyanı göstərə bilərik. Yanvarın 2-də Rumıniyanın Braşov kəndində yaşayış məntəqəsində su mənbəyi dizel yanacağı ilə çirkləndiyindən 11 000 nəfərin yaşadığı dörd yaşayış məntəqəsinə içməli su təchizatı dayandırılıb. Səbəb isə Arpaşu-Mare kommunası yaxınlığında baş verən qəza nəticəsində zədələnmiş yük maşınının çənindən dizel yanacağının dörd kəndi su ilə təmin edən mənbəyə sızmasıdır. Ancaq rumıniyalılar da bu xoşagəlməz vəziyyətə görə dövlətlərini hədəf almırlar.

Dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahib ölkəsi Hindistanda isə 31 dekabr faciəvi hadisə ilə yadda qaldı. Madhya-Pradeş ştatının İndor şəhərində bir gündə 1300 insan içməli sudan zəhərlənib, 13 nəfər həyatını itirib. Bu birbaşa aidiyyəti qurumların səhvi və ya məsuliyyətsizliyi səbəbindən baş versə də, hindistanlılar faciəyə görə dövləti hədəf almayıblar.

Şişirtmə siyasəti və məqsədli manipulyasiya

Göründüyü kimi, bu hadisələr miqyas və nəticə baxımından xeyli ağırdır, dünyanın istənilən ölkəsində baş verə bilər. Lakin onlar siyasi manipulyasiya predmetinə çevrilmir və çevrilməməlidir.

Kəlbəcərdə qısamüddətli nasazlıq isə “böhran” kimi təqdim olunur. Bu, məqsədin problemi qabartmaq yox, Qarabağda görülən işlərə kölgə salmaq olduğunu göstərir.
 

Yəni, Kəlbəcərdə baş verən qısamüddətli texniki nasazlığı fövqəladə hal və ya böhran kimi təqdim etmək absurddur. Hadisə sərt hava şəraitinin nəticəsi olub və dövlət qurumlarının operativ müdaxiləsi sayəsində dərhal aradan qaldırılıb. Problemin süni şəkildə şişirdilməsi isə real problemdən yox, məqsədli dezinformasiya cəhdlərindən qaynaqlanır.


Qarabağda və Şərqi Zəngəzurda bərpa prosesi davam edir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu prosesə kölgə salmaq cəhdləri isə heç bir halda görülən işlərə kölgə sala bilməz...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aeroport şosesində qəza: Sıxlıq yaranıb – FOTO

Aeroport şosesində qəza: Sıxlıq yaranıb – FOTO

Rusiya-Ukrayna “ENERGETİKA BARIŞIĞI”: Sülhə aparan addım, yoxsa müharibənin yeni mərhələsi?

Rusiya-Ukrayna “ENERGETİKA BARIŞIĞI”: Sülhə aparan addım, yoxsa müharibənin yeni mərhələsi?

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ - RƏSMİ

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ - RƏSMİ

“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”

“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”

Çempionlar Liqası: "Sabah" "Slaviya Praqa"nı qəbul edir

Çempionlar Liqası: "Sabah" "Slaviya Praqa"nı qəbul edir

Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

Boşandığı xanımının toyunda aparıcı oldu - FOTO

Boşandığı xanımının toyunda aparıcı oldu - FOTO

Bu ölkədə 6,4 bal gücündə zəlzələ oldu

Bu ölkədə 6,4 bal gücündə zəlzələ oldu

“44” bədii filmi ictimaiyyətə təqdim olundu – FOTO

“44” bədii filmi ictimaiyyətə təqdim olundu – FOTO

Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər

Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Bakıda ət niyə baha satılır? - VİDEO

Bakıda ət niyə baha satılır? - VİDEO

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

End of content

No more pages to load

RADİO