Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaqların aparılmasının məqsədəuyğun olub-olmaması cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır və bu məsələ dini baxımdan da maraq doğurur.

Maraqlıdır, qəbiristanlığa uşaqların aparılmasının məhdudlaşdırılması mümkündürmü?

Bizim.Media xəbər verir ki, ilahiyyatçı Tural İrfan Konkret.az-a açıqlamasında qeyd edib ki, uşaqların məzarlığa aparılmaması ilə bağlı dində konkret qadağa yoxdur.

Onun sözlərinə görə, İslam tarixində çox körpə, südəmər uşaqların məzarlığa aparılması ilə bağlı nümunələrə də rast gəlinmir.

Tural İrfan bildirib ki, bəzi inanclara əsasən azyaşlı uşaqlar məzarlıq mühitində qorxa, psixoloji təsirə məruz qala bilərlər:

“Bu baxımdan pisi yaxşıdan ayırd etmək yaşına çatmayan körpələrin qəbiristanlığa aparılmasına ehtiyac yoxdur. Həddi-büluğa çatan, dinin əsas qaydalarını bilən uşaqların qəbir ziyarətinə getməsində isə problem yoxdur”.

Onun sözlərinə görə, məzarlığa daxil olarkən oxunan dualar və riayət edilən qaydalar uşaqlara öyrədilməlidir:

“Məzarlığa adi bir yer kimi, səssiz-səmirsiz daxil olmaq düzgün deyil. Oranın özünəməxsus mənəvi mühiti var. Uşaqlar da dua oxumağı, özllərini mənəvi cəhətdən qorumağı öyrənməlidirlər. Bu da valideynlərin üzərinə düşür”.

İlahiyyatçı həmçinin təhlükəsizlik məsələsinə də diqqət çəkib. Bildirib ki, məzarlıqlarda heyvanlar, ilanlar və digər risklər ola bilər. Bundan başqa, bəzi məzarlıqların qara və vahiməli tərzdə salınmasının hətta böyüklərdə belə qorxu yaratdığını deyib.

Nəticə olaraq Tural İrfan qeyd edib ki, azyaşlı uşaqların məzarlığa aparılması və orada ayinlərdə iştirakı düzgün hesab edilmir, lakin yaşına və psixoloji hazırlığına uyğun şəkildə, böyüklərin müşayiəti ilə qəbir ziyarəti mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xaçmazda 28 yaşlı kişi quduzluqdan VƏFAT ETDİ

Xaçmazda 28 yaşlı kişi quduzluqdan VƏFAT ETDİ

Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi

Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi

“44” bədii filmi ilə bağlı mətbuat konfransı KEÇİRİLDİ – FOTO

“44” bədii filmi ilə bağlı mətbuat konfransı KEÇİRİLDİ – FOTO

Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar AÇIQLANDI

Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar AÇIQLANDI

Çempionlar Liqasında II tura 9 oyunla start veriləcək

Çempionlar Liqasında II tura 9 oyunla start veriləcək

“Bitcoin”in qiyməti 83,2 min dollara endi

“Bitcoin”in qiyməti 83,2 min dollara endi

Bakının bu küçəsində qaz olmayacaq

Bakının bu küçəsində qaz olmayacaq

65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı

65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı

Aeroport şosesində qəza: Sıxlıq yaranıb – FOTO/VİDEO

Aeroport şosesində qəza: Sıxlıq yaranıb – FOTO/VİDEO

Rusiya-Ukrayna “ENERGETİKA BARIŞIĞI”: Sülhə aparan addım, yoxsa müharibənin yeni mərhələsi?

Rusiya-Ukrayna “ENERGETİKA BARIŞIĞI”: Sülhə aparan addım, yoxsa müharibənin yeni mərhələsi?

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ - RƏSMİ

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ - RƏSMİ

“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”

“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”

Çempionlar Liqası: "Sabah" "Slaviya Praqa"nı qəbul edir

Çempionlar Liqası: "Sabah" "Slaviya Praqa"nı qəbul edir

Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

Boşandığı xanımının toyunda aparıcı oldu - FOTO

Boşandığı xanımının toyunda aparıcı oldu - FOTO

Bu ölkədə 6,4 bal gücündə zəlzələ oldu

Bu ölkədə 6,4 bal gücündə zəlzələ oldu

“44” bədii filmi ictimaiyyətə təqdim olundu – FOTO

“44” bədii filmi ictimaiyyətə təqdim olundu – FOTO

Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər

Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər

End of content

No more pages to load

RADİO