Xankəndiyə gələn turistlərin sayı artıb – FOTO

Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli, xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli artım qeydə alınıb.

Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndirirlər.

Bərdə rayon sakini, Bərdədən Xankəndiyə qonaq gələn Fəzail Səfərov bayram təəssüratlarını bölüşərək bildirib ki, bu şəhərdə olmaq hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır:

“Xankəndiyə bayram günlərində gəlmək sözlə ifadə olunmayacaq qədər qürurvericidir. İllər boyu həsrətində olduğumuz torpaqlarda bu gün bayram sevinci yaşamaq, azad və abad bir şəhəri görmək insanı kövrəldir. Bu günləri bizə yaşadanlara minnətdarıq”.

Füzulidən Xankəndiyə gələn Rəsul Hümbətov isə burada hökm sürən bayram ovqatının xüsusi olduğunu vurğulayıb:

“Xankəndidə bayram qeyd etmək tamam başqa hissdir. Burada hər addımda dövlətin gücünü, xalqımızın birliyini hiss edirsən. Şəhərin dirçəlməsi, insanların üzündəki sevinc gələcəyə olan inamımızı daha da artırır”.

Xocalı rayonu sakini olan, Goranboydan Xankəndiyə gələn Allahverən Kərimov da bayram günlərində doğma torpaqlarda olmağın onun üçün böyük qürur mənbəyi olduğunu deyib:

“Bu gün Xankəndidə bayramı qarşılamaq mənim üçün tarixi bir anıdır. Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sülh, əmin-amanlıq və bayram sevinci görmək hər birimizi kövrəldir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bayram günlərində Xankəndiyə axın edən qonaqların sayı şəhərdə yaranan yüksək əhval-ruhiyyəni daha da artırır.

Qeyd edək ki, Xankəndinin bayram günlərində yerli və xarici qonaqlar üçün cəlbedici məkana çevrilməsi ölkəmizin doğma torpaqlarında qurulan yeni həyatın və parlaq gələcəyin göstəricisidir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Roşka”ya hökm OXUNDU

“Roşka”ya hökm OXUNDU

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"

İlham Əliyev Laos Prezidentini qarşıladı – FOTO

İlham Əliyev Laos Prezidentini qarşıladı – FOTO

Polşada iki Türkiyə vətəndaşı saxlanıldı – VİDEO

Polşada iki Türkiyə vətəndaşı saxlanıldı – VİDEO

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Bu gün dəmiryolçuların peşə bayramıdır – VİDEO

Bu gün dəmiryolçuların peşə bayramıdır – VİDEO

Paşinyan: "Azərbaycanla sülh müqaviləsini tez bir zamanda imzalayıb ratifikasiya etmək lazımdır" – VİDEO

Paşinyan: "Azərbaycanla sülh müqaviləsini tez bir zamanda imzalayıb ratifikasiya etmək lazımdır" – VİDEO

Güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb

Güləşçimiz dünya çempionatında finala vəsiqə qazanıb

Fransa Rusiyanın "kölgə donanması"na aid növbəti tankeri saxladı – ANBAAN VİDEO

Fransa Rusiyanın "kölgə donanması"na aid növbəti tankeri saxladı – ANBAAN VİDEO

Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO

Telegram istifadəçiləri səsli mesajlardan xilas edəcək yeni funksiyanı sınaqdan keçirir – VİDEO

Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar... – VİDEO

Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar... – VİDEO

Qara dənizdə iki gəmiyə dron HÜCUMU: Heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə dron HÜCUMU: Heyətdə 8 Azərbaycan vətəndaşı var

Paytaxtda motosiklet və skuterlərin törətdiyi qəzalar – ANBAAN VİDEO

Paytaxtda motosiklet və skuterlərin törətdiyi qəzalar – ANBAAN VİDEO

Ukrayna ilk dəfə Rusiya ərazisinə öz istehsalı olan ballistik raket zərbəsi endirdi

Ukrayna ilk dəfə Rusiya ərazisinə öz istehsalı olan ballistik raket zərbəsi endirdi

Bakıda oğul anasını BIÇAQLADI

Bakıda oğul anasını BIÇAQLADI

Qızıl və gümüşün qiyməti artdı

Qızıl və gümüşün qiyməti artdı

Qərbdə maraq göstərirlər, Azərbaycanda yuxarıdan aşağı baxırlar

Qərbdə maraq göstərirlər, Azərbaycanda yuxarıdan aşağı baxırlar

AZAL 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - FOTO

AZAL 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - FOTO

DYP Salyandakı ağır qəzanın görüntülərini yaydı – VİDEO

DYP Salyandakı ağır qəzanın görüntülərini yaydı – VİDEO

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO