Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkında bayram tədbiri təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Abşeron, Nizami və Qaradağ rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi bayram proqram hazırlanıb.

Hər rayondan 50 nəfər olmaqla, ümumilikdə 150 uşaq tədbirdə iştirak edib.

Zooloji Parkın azyaşlı ziyarətçiləri gəzinti zamanı buradakı müxtəlif heyvan növləri ilə yaxından tanış olublar. Zooloji Parkın bələdçiləri uşaqlara heyvanların həyat tərzi, yaşayış mühiti və bəslənməsi barədə ətraflı məlumat veriblər.

Eyni zamanda bəzi heyvan və quş növlərinin təbiətə buraxılması, onların təbii mühitə uyğunlaşdırılması prosesi barədə uşaqlara yaş səviyyələrinə uyğun şəkildə məlumatlar təqdim edilib.
 

Xüsusi vurğulanıb ki, Bakı Zooloji Parkı yalnız heyvanların saxlanıldığı məkan deyil, həm də fauna müxtəlifliyinin qorunması, xüsusilə ölkəmizdə nəsli kəsilmək təhlükəsi altında olan heyvan və quş növlərinin artırılması və yenidən vəhşi təbiətə qaytarılması istiqamətində mühüm fəaliyyət həyata keçirən mərkəzdir.


Maarifləndirici gəzinti uşaqlarda böyük maraq doğurub, onların təbiətə və heyvanlara münasibətinin formalaşmasına, ekoloji düşüncənin aşılanmasına xidmət edib. Sonda uşaqlar üçün əyləncə və nahar proqramı təşkil olunub.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir.
 

Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir.


Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post

Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post

Azərbaycan Prezidenti: “Laos bizim üçün dost ölkədir”

Azərbaycan Prezidenti: “Laos bizim üçün dost ölkədir”

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

Qırğızıstanla mühüm sazişlər TƏSDİQLƏNDİ

Qırğızıstanla mühüm sazişlər TƏSDİQLƏNDİ

Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı

Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı

Prezident: “Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

Prezident: “Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

Yusif Axundov yüksək vəzifəyə TƏYİN OLUNDU

Yusif Axundov yüksək vəzifəyə TƏYİN OLUNDU

Trampla açıq qarşıdurma Zelenskiyə baha başa gələcək – Politico riskləri açıqladı

Trampla açıq qarşıdurma Zelenskiyə baha başa gələcək – Politico riskləri açıqladı

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Azərbaycan-Qırğızıstan ticarət dövriyyəsində kəskin ARTIM

Azərbaycan-Qırğızıstan ticarət dövriyyəsində kəskin ARTIM

Fiziklər səsi udan "qara dəlik" yaratdılar

Fiziklər səsi udan "qara dəlik" yaratdılar

End of content

No more pages to load

RADİO