Vətən Müharibəsində şəhid olan cüdoçularımız - FOTO

Vətən Müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri, cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər.

Federasiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 44 günlük savaşlarda 100-dən çox cüdoçunun 18-i şəhidlik zirvəsinə yüksəlib. Ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlər torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Onlardan biri qısa zaman kəsiyində adı dillər əzbərinə çevrilmiş Cəbrayıl Dövlətzadədir. Bu gün 19 yaşlı qəhrəmanın adını Azərbaycanda eşitməyən, tanımayan yoxdur. Sumqayıtda cüdo məktəbinin yetirməsi olan Cəbrayıl o igidlərimizdəndir ki, onun haqqında hər kəs bilməli, danışmalı, anmalı və fəxr etməlidir! O, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Döyüş yoldaşları bildirirlər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan övladlarının başsız qalmaması naminə geri qayıtmağı tələb edib.

Qəhrəman əsgərimiz digər hərbçi yoldaşlarını qorumaq üçün subay olduğunu əsas gətirərək önə atılıb. Özü 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub.

Azərbaycan cüdo məktəbinin daha bir şəhidi isə tankçı Vüsal Dəmirovdur. O, İsmayıllı rayonunda SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərovla Əməkdar məşqçi Əkbər Şəfqətovun rəhbərlikləri altında məşq edib.

Vaxtilə bir çox region yarışlarının, klub və cəmiyyətlərarası cüdo birinciliklərinin mükafatçısı, Bakı şəhər açıq birincilikləri, Azərbaycan birinciliyi və çempionatının iştirakçısı olub.

Bundan əlavə, Vüsal texniki işçi kimi federasiyanın keçirdiyi tədbirlərdə Yarışların Təşkili və Keçirilməsi Komitəsinin işçisi kimi çalışıb. Vüsal Dəmirov döyüşlərdə igidliklə vuruşaraq qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb.

Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin cüdoçusu kimi region və respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Qardaşı Nurlan Əsgərli 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Həmin vaxt o da döyüşlərdə iştirak edib. Bu dəfə İkinci Qarabağ savaşında İntiqam da şəhid olub.

İntiqam Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. İntiqam doğulduğu Masallı rayon Kalinovka kəndində böyük izdihamla dəfn edilib. 4 il əvvəl qardaşını müharibədə itirdiyinə görə komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər vuruşub.
Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan cüdoçularının siyahısı:

1. Babayev Rəşad. 1992. Gizir. Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

2. Mədətov Zaur. 1999. Füzuli uğrunda döyüşlərdə şəhid olub.

3. Dəmirov Vüsal. 1994. Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb.

4. Dövlətzadə Cəbrayıl. 2001. Cəbrayılda şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.

5. Hüseynov Röyan. 2001. Hadrutda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

6. Əliyev Rüfət. 1992. Gizir. Zəngilanda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

7. Seyfullayev Araz. 2001. Cəbrayılda şəhid olub.

8. Hadıyev Vüsal. 2000. Füzulidə şəhid olub.

9. Sübhan Həsənov. 2001. Hadrutda şəhid olub.

10. İntiqam Əsgərli. 1994. Gizir. Şuşa uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra "Vətən müharibəsi qəhramanı" adına layiq görülüb.

11. Elvin Məmmədov. 1992. Ağdərədə şəhid olub.

12. İsmayıl İrapov. 2002. Füzulidə şəhid olub.

13. Qədirov Elvin. 2001. Cəbrayılda şəhid olub.

14. Fəqan Məmmədov. 1998. Füzulidə şəhid olub.

15. Ehtiram Əhmədov. 2001. Füzulidə şəhid olub.

16. Rəsul Süleymanov. 2002. Mübariz İbrahimov Postunda şəhid olub.

17. Novruz Həsənov. 1996. Şuşa uğrunda döyüşdə şəhid olub.

18. Ruhid İslamlı. 1999. Füzulidə şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada Yaroslavl neft emalı zavoduna PUA hücumu - VİDEO

Rusiyada Yaroslavl neft emalı zavoduna PUA hücumu - VİDEO

Kolumbiyada TERROR: 14 ölü, 20-dən çox yaralı var - VİDEO

Kolumbiyada TERROR: 14 ölü, 20-dən çox yaralı var - VİDEO

Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO

Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Minik avtomobili "Qazel”ə çırpıldı - ÖLƏN VAR

Minik avtomobili "Qazel”ə çırpıldı - ÖLƏN VAR

Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

Rusiyanın 4 hava limanı fəaliyyətini DAYANDIRDI

Rusiyanın 4 hava limanı fəaliyyətini DAYANDIRDI

Bakıda ağır qəza: Yaralılar var - VİDEO

Bakıda ağır qəza: Yaralılar var - VİDEO

"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

Tramp: “Melaniya məndən cəld tərpəndi”

Tramp: “Melaniya məndən cəld tərpəndi”

Zaur Kamal "Qayıdırıq" dedi, telekanal isə...

Zaur Kamal "Qayıdırıq" dedi, telekanal isə...

Tramp: “ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb"

Tramp: “ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb"

Türk futbolçunun komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO

Türk futbolçunun komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO

Çernobıl faciəsindən 40 il keçir

Çernobıl faciəsindən 40 il keçir

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

37 İran gəmisi saxlanıldı - Milyardlarla dollar dəyərində məhsul daşıyırmış

37 İran gəmisi saxlanıldı - Milyardlarla dollar dəyərində məhsul daşıyırmış

Ukrayna Voloqda vilayətində sulfat turşusu boru kəmərinə zərbə endirdi: 5 yaralı var

Ukrayna Voloqda vilayətində sulfat turşusu boru kəmərinə zərbə endirdi: 5 yaralı var

Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Sevastopola dron hücumu: Ölən və yaralananlar var

Sevastopola dron hücumu: Ölən və yaralananlar var

Tramp: “İnsident törədən şəxs bir neçə silahla silahlanıbmış”

Tramp: “İnsident törədən şəxs bir neçə silahla silahlanıbmış”

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı - VİDEO

Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı - VİDEO

Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

End of content

No more pages to load

RADİO