Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüş olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığın gücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülən işləri yüksək qiymətləndirdiyini qeyd edib.

Nazir təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Azərbaycanda keçirilən ilk iclasının əhəmiyyətini vurğulayıb.

O, son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını qeyd edərək, TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığın genişlənməsinə, uğurlu təcrübələrin mübadiləsinə Azərbaycanın hazır olduğunu bildirib.

Kubanıçbek Ömüralıyev türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, bu sahədə TDT Katibliyinin bundan sonra da öz dəstəyini verəcəyini bildirib.

Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüş olub.

Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Görüşdə əlaqələrimizin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyi qeyd edilib.

Vedat İşıkhan iki nazirlik arasında uğurlu əməkdaşlığın TDT çərçivəsində də daim genişlənəcəyini bildirib. O, təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən birinci iclasının əlaqələrin inkişafında xüsusi önəmini qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

End of content

No more pages to load

RADİO