Bakıda sifarişlə qurdurluq etməkdə təqsirləndirilən şəxslərə HÖKM OXUNDU

Bakıda sifarişlə qurdurluq etməkdə təqsirləndirilən Cavad Allahverdiyev, sifarişçi Rəfael Tağızadə və Fariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq hər üç şəxsə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
 

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Nərimanov rayonunda baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61 500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.


Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb.

Həmin şəxs ifadəsində cinayəti tanışı Fariz Məmmədovun iştirakı ilə və digər tanıdığı - əvvəllər məhkum olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxslərin də saxlanılması təmin edilib.
 

Onlardan cinayət yolu ilə əldə etdikləri 32 500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.


Faktla bağlı cinayət işi açılıb. Cavad Allahverdiyev, Rəfael Tağızadə və Fariz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (Quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT

Bakıda 20 yaşlı oğlanı iki nəfər bıçaqlayıbmış

Bakıda 20 yaşlı oğlanı iki nəfər bıçaqlayıbmış

Müxtəlif vədlərlə 6 nəfəri aldatmışdı - Məhkəmə qərar verdi

Müxtəlif vədlərlə 6 nəfəri aldatmışdı - Məhkəmə qərar verdi

İtaliya hərbçiləri Azərbaycanda – FOTO

İtaliya hərbçiləri Azərbaycanda – FOTO

İlon Mask: "Zelenskinin getmək vaxtıdır"

İlon Mask: "Zelenskinin getmək vaxtıdır"

Tramp Putinlə "rus ruleti" oynayır - Respublikaçılar Partiyası ŞOKDA

Tramp Putinlə "rus ruleti" oynayır - Respublikaçılar Partiyası ŞOKDA

Əmək müqaviləsiz işləyənlər əvvəlki illərin stajını necə rəsmiləşdirə bilərlər? – HÜQUQİ İZAH

Əmək müqaviləsiz işləyənlər əvvəlki illərin stajını necə rəsmiləşdirə bilərlər? – HÜQUQİ İZAH

Zelenski Rusiyanın NEZ-lərinə zərbələrin bərpa olunacağını elan etdi

Zelenski Rusiyanın NEZ-lərinə zərbələrin bərpa olunacağını elan etdi

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı

Vaşinqtondan Moskvaya DƏSTƏK: Rusiyanın "kölgə donanması"na tətbiq edilən sanksiyalar yumşaldılır

Vaşinqtondan Moskvaya DƏSTƏK: Rusiyanın "kölgə donanması"na tətbiq edilən sanksiyalar yumşaldılır

Filin ölümü ekosistemə necə təsir edir? - Nəticələr hər kəsi təəccübləndirdi

Filin ölümü ekosistemə necə təsir edir? - Nəticələr hər kəsi təəccübləndirdi

“Brent” neftinin qiyməti 105 dollardan aşağı endi

“Brent” neftinin qiyməti 105 dollardan aşağı endi

Dünya çempionatı: Güləşçimiz Günay Qurbanova finala yüksəldi

Dünya çempionatı: Güləşçimiz Günay Qurbanova finala yüksəldi

Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?

Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?

Trampla Zelenski arasındakı gərginliyin pərdəarxası MƏQAMLARI

Trampla Zelenski arasındakı gərginliyin pərdəarxası MƏQAMLARI

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Gecəni su basmış studiyada keçirdi - Video

Gecəni su basmış studiyada keçirdi - Video

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Bu evlərə kupça verilməyəcək

Bu evlərə kupça verilməyəcək

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

End of content

No more pages to load

RADİO