Mərkəzi Elmi Kitabxanada yeni elektron zalın açılışı oldu - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzi Elmi Kitabxanada sərgi təşkil olunub.

Bu barədə Bizim.Media-ya Akademiyadan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, həmçinin xarici elmi qurumların rəhbərləri və nümayəndələri sərgidə Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirən kitablar, monoqrafiyalar, elmi jurnallar, eləcə də Akademiya əməkdaşlarının rəsm əsərləri ilə tanış olublar.

Ziyarətçilər son illərdə AMEA alimlərinin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq layihələri və yeni nəşr layihələri haqqında ətraflı məlumat əldə ediblər.
 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sərginin əhəmiyyətini vurğulayıb, elmin cəmiyyətdə təbliği, alimlərin fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi və milli elmi irsin qorunması baxımından bu kimi təşəbbüslərin mühüm önəm daşıdığını bildirib.


Sonra ziyarətçilərə AMEA-nın təsisçilərinin MEK-in foyesində qoyulmuş büstləri qarşısında elm məbədinin qurucuları haqqında məlumat verilib.

Qeyd edilib ki, bu büstlər təkcə Akademiyanın tarixi və inkişaf yolunu əks etdirmir, həm də Azərbaycan elminin möhkəm ənənələrini və alimlərin cəmiyyət qarşısında göstərdikləri xidmətləri simvolizə edir.

Daha sonra Mərkəzi Elmi Kitabxanada akademiklər üçün xüsusi nəzərdə tutulmuş müasir elektron zalın açılışı olub.
 

AMEA-nın prezidenti açılış nitqində Akademiyanın 80 illik yubiley yığıncağının iştirakçılarının bu elektron zalın ilk qonaqları olduğunu deyib və bu mərkəzin gələcək fəaliyyəti barədə danışıb.


Yeni elektron zalda Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan neft kimyasının əsasını qoymuş, Akademiyanın ikinci prezidenti Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” adlı sənədli film nümayiş olunub.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar elan etdilər

İrana qarşı yeni sanksiyalar elan etdilər

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

69 ölkədən tarixi qərar

69 ölkədən tarixi qərar

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

End of content

No more pages to load

RADİO