Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı: Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR

Dövlətə xəyanətdə təqsirləndirilərək, barəsində ev dustaqlığı qərarı verilən Ramiz Mehdiyevin "qara kassası" üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər sakini Oqtay İbrahimov məlumat verib.

O bildirib ki, Ramiz Mehdiyevin biznesini milyonçu iş adamı Şahəddin Məmməd oğlu Abdullayev idarə edir.
 

Ramiz Mehdiyev barədə cinayət işi başlanandan sonra isə Şahəddin Abdullayev biznesini xaricə köçürməyə başlayıb: "O, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olub. Bunun qarşılığında 25 ilə yaxın müddət ərzində Ukraynanın Mariupol Metallurgiya Zavodundan vaqonlarla dəmir məmulatları gətirərək, Azərbaycanda bu sahədə monopoliyasını ələ keçirərək, inanılmaz sərvətə sahib olub.


O.İbrahimov deyib ki, Mehdiyevin "qara kassa"sı rolunu oynayanlar həmin müəssisələrdən birində əmək müqaviləsiz, formal olaraq 500 manat əmək haqqı müqabilində işləyən oğlu Həsən İbrahimovu dolaşdıraraq həbs etdirməyə nail olublar, yoxa çıxardıqları pulların bütün məsuliyyətini onun üzərinə yönəltməyə çalışırlar: "Maraqlar müqabilində, qərəzli şəkildə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə cinayət işi başlanıb.



Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Oktyabrın 1-də keçirilən məhkəmədə ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzləndi".
 

O.İbrahimov bildirib ki, bu iddia üzrə cinayət işinə dair ilkin araşdırma bir il yeddi ay davam etsə də, ortada heç bir fakt və sübut yoxdur: "Lakin qəbul olunmuş məhkəmə qərarı bir daha sübut etdi ki, Şahəddin Abdullayevin bu gün də dövlət orqanlarında güclü dayaqları var. Oğlum cəmiyyət üçün heç bir təhlükə törətmədiyi halda Şahəddin Abdullayev oğlumu həbsə aldırmağa nail olub.


Ailəmiz dörd ilə yaxındır bu şəxsin əlindən əziyyət çəkir. Şahəddin Abdullayev ailəmizdən əl çəkmir, milyonlarına və ona himayədarlıq edən bəzi məmurlara arxalanaraq ailəmizi hədələyir, övladımızın həyatını məhv ediləcəyi haqqında bizə məlumatlar göndərir. Oğlu Şamxal Şahəddin oğlu Abdullayev müəssisənin direktoru olduğu halda məhkəmədə şahid qismində ifadə verir.

Halbuki direktor müəssisənin fəaliyyətindən dolayı bir nömrəli cavabdeh şəxsdir. Bu gün də Şahəddin Abdullayev ağsaqqalı Ramiz Mehdiyevdən təlimat və tapşırıqlar alır, maraqlar müqabilində təsir edərək planladığı işləri pillə-pillə həyata keçirir. Şahəddin Abdullayevin "Qurd Qapısı" restoranı istirahət, əyləncə məkanından daha çox "siyasi söhbətlər" məkanı kimi ad çıxardıb. Axşamlar narazılar burada toplaşıb "siyasi nağıllar" danışırlar, gələcək planlar qururlar.

Bu gün Şahəddin Abdullayevin var-dövləti 100 milyonlarla ölçülür".

Bir maraqlı fakt da odur ki, Şahəddin Abdullayev şikayətçi Oqtay İbrahimovun bacısının həyat yoldaşıdır.

Barəsində səslənən ittihamlarla bağlı Ş.Abdullayevə zəng etdik. Lakin o, zənglərə cavab vermədi.

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. (Mənbə: oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

End of content

No more pages to load

RADİO