Yaddaş üçün möcüzəvi qida: Həftədə bir dəfə yemək bəs edir

Yeni elmi araşdırma pendirin beyinə olan təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub. 8 minə yaxın insanın iştirak etdiyi tədqiqatda məlum olub ki, həftədə ən az bir dəfə pendir yeyənlərdə demans riski 24 faiz daha aşağıdır.

Bizim.Media xəbər verir ki, tədqiqatçılar 3 il ərzində iştirakçıları izləyiblər. Nəticədə pendir yeyənlərin yalnız 3,39 faizində, pendir yeməyənlərin isə 4,45 faizində demans əlamətləri müşahidə olunub.

Elm adamları meyvə, tərəvəz, ət və balıq kimi digər qidalanma vərdişlərini də nəzərə alıblar.

Bütün bu faktorlar qiymətləndirildikdə belə, pendirin yaddaşitmə riskini 21 faiz azaltdığı təsdiqlənib.

Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.
 

Mütəxəssislər bildirirlər ki, bu nəticələr əvvəlki tədqiqatlarla uyğun gəlir və süd məhsullarının demansın qarşısını almaqda dəstəkləyici rol oynaya biləcəyini göstərir.


Araşdırmada iştirak edənlər arasında ən çox istifadə olunan pendir növü emal olunmuş pendir olub.

Bu cür pendirlər - adətən dilim şəklində paketlənən və ya krem halında sürtülən məhsullar - süd və emulqatorlardan hazırlanır.

Alimlərə görə, pendirin qoruyucu təsiri onun zəngin qida tərkibi ilə bağlıdır.

Pendir tərkibində:

Zülallar,

Əsas amin turşuları,

K2 vitamini,

Antioksidantlar,

Peptidlər və

Probiyotiklər saxlayır.

Bu maddələr neyronları zədələnmədən qoruyur, beyində "sinir hüceyrələrinin baxımı" prosesini dəstəkləyir.

Xüsusilə K2 vitamini, damar sağlamlığını qoruyur və qanda kalsium balansının tənzimlənməsinə kömək edir.
 

Əvvəlki tədqiqatlar göstərib ki, yüksək xolesterin və ürək-damar xəstəlikləri demans riskini artıra bilər.


2015-ci ildə aparılan bir araşdırmada isə K2 vitamininin qandakı kalsium səviyyəsini azaltdığı və bunun da ürək xəstəlikləri riskini azalda biləcəyi sübut olunub.

Eyni zamanda, antioksidantlar, peptidlər və probiyotiklər də demans riskinin azalması ilə əlaqələndirilir.

Lakin alimlər bildirirlər ki, dəqiq nəticə üçün daha geniş tədqiqatlara ehtiyac var.

Demans hazırda Böyük Britaniyada ən çox ölümə səbəb olan xəstəlik kimi qeydə alınıb.

Hazırda ölkədə 944 mindən çox insan yaddaş itkisi və idrak geriləməsi ilə xarakterizə olunan bu xəstəliklə yaşayır. ABŞ-da isə bu say təxminən 7 milyon nəfərə çatır.

Demans tam müalicə oluna bilməsə də, erkən mərhələdə aparılan müalicə simptomları yüngülləşdirə və xəstəliyin gedişini yavaşlada bilər.
 

Alzheimer Cəmiyyətinin məlumatına görə, demansın Böyük Britaniyaya illik iqtisadi yükü 42 milyard funt sterlinqdir. Yaşlanan əhali səbəbindən bu rəqəmin 2039-cu ilə qədər 90 milyard funt sterlinqə çatacağı gözlənilir.


Alzheimer's Research UK məlumatına əsasən, təkcə 2022-ci ildə 69.178 nəfər demans səbəbilə həyatını itirib.

Bu da xəstəliyi ölkənin bir nömrəli ölüm səbəbi halına gətirib. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

End of content

No more pages to load

RADİO