Günün bu vaxtında şokoladı qəti YEMƏYİN

Yatmazdan əvvəl şokolad qəbul etmək istirahətin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Şirniyyatların tərkibində sinir sistemini stimulə edən kofein və teobromin var ki, bunlar yuxuya getməyi çətinləşdirir.

Şokolad yuxuya necə təsir edir?

Bizim.Media "Foods" jurnalına istinadla xəbər verir ki, şokolad kakao dənələrindən hazırlanır və onların tərkibində təbii şəkildə iki stimul kofein və teobromin olur. Kofein oyanıqlığı artırır.

Onun miqdarı seçilən şokolad növündən və kakaonun həcminindən asılıdır.

Şokolad nə qədər tünddürsə, tərkibində kofein bir o qədər çox olur. Məsələn, 30 qram tünd şokoladda 23 mq-a qədər kofein ola bilər, süd şokoladında isə eyni miqdarda cəmi 6 mq olur.
 

Hətta az miqdarda kofein də yuxuya təsir göstərə bilər, buna görə də yuxudan ən azı 4 saat əvvəl belə məhsullardan uzaq durmaq tövsiyə olunur. Teobromin kofeinə nisbətən daha zəif stimulantsa da, ürək döyüntüsünü artıra və yuxunu poza bilər.


"Frontiers"in məlumatına görə, süd şokoladı az kofein və teobromin ehtiva etdiyi üçün yuxudan əvvəl daha yaxşı seçim kimi görünə bilər. Lakin onun yüksək şəkər miqdarı qan şəkərinin sürətli yüksəlməsinə, bunun nəticəsində gecə oyanmalarına səbəb ola bilər.

Bu artımı stabil saxlamaq üçün şokoladı zülalla və ya liflə zəngin qidalarla birləşdirmək olar.

Məsələn, yunan qatığına bir az şokolad qırıntısı və giləmeyvə əlavə etmək olar.

Belə kombinasiyalar qan şəkərini stabilləşdirməyə kömək edir və şirin deserti yuxu üçün daha uyğun edir.

Əgər yatmazdan əvvəl şirniyyat istəyi yaranırsa, bu alternativlərdən istifadə edə bilərsiniz:
 

Turş-şirin albalı və ya albalı şirəsinin tərkibində melatonin və antosianlar çoxdur, yuxu ritmini tənzimləyir. Tam taxıllı tost, banan və qoz-fındıq pastası lifli karbohidratlar, faydalı yağlar, triptofan və maqnezium balansı rahat yuxunu təşviq edir.


Yunan qatığı, giləmeyvə ilə zülal və karbohidrat qarışığı qan şəkərini sabit saxlayır.

İlıq süd və ya bitki çayı, kofeinsiz ilıq içkilər bədəni sakitləşdirir və beyin üçün "yatmaq vaxtıdır" siqnalı verir; süd həmçinin yuxunu dəstəkləyən triptofan ehtiva edir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

69 ölkədən tarixi qərar

69 ölkədən tarixi qərar

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

End of content

No more pages to load

RADİO