Bağınıza bircə dənə əkin: İlan və siçan yolunu dəyişdirəcək

Cənubi Afrikadan gələn bu bənövşəyi çiçəkli bitki təkcə gözəlliyi ilə deyil, həm də təbii qoruyucu təsiri ilə seçilir. Onu bağınıza bir dəfə əksəniz nə ilan, nə də siçan həmin yerə yaxınlaşmayacaq.

Bizim.Media xəbər verir ki, payızın gəlişi ilə bağlarda yeni mövsüm başlayır. Yaydan qalan bitkilər solur, torpaq yenidən nəfəs almağa hazırlaşır. Lakin bu dövrdə ilan, siçan və torpaq gəmiriciləri kimi arzuolunmaz canlılar da görünə bilər.

Bu zaman köməyə Tulbagia purpurea, yəni Afrika sarımsağı gəlir.

Zərif bənövşəyi çiçəkləri ilə həm dekorativ görünən bu bitki, eyni zamanda təbii həşərat və gəmirici uzaqlaşdırıcı xüsusiyyətə malikdir. Özünəməxsus kəskin qoxusu sayəsində kimyəvi dərmanlara ehtiyac olmadan bağınızı qoruyur.

Tulbagia purpurea – Cənubi Afrika mənşəli, çoxillik bitkidir. Təbii şəraitində 1 metrə qədər böyüyə bilir, lakin Azərbaycan iqlimində orta hesabla 30 sm hündürlüyə çatır.

Bitkinin yaydığı qoxu ilanları, siçanları və torpaq gəmiricilərini uzaqlaşdırır.

Onlara zərər vermir, sadəcə qoxusu ilə yaxınlaşmalarına mane olur – yəni təbiyyətin özü tərəfindən yaradılmış zərif bir müdafiə sistemi kimi işləyir.

Bağbanların sözlərinə görə: “Tulbagia bağ üçün təbii qoruyucu səddir. İnsanlar onun qoxusunu güclü hiss etmir, amma zərərvericilər ondan qaçır.”

Tulbagia günəşi sevir, amma yarımkölgədə də böyüyür. Quraqlığa davamlıdır və qış aylarında da yaşaya bilir. Aprel ayında 5-15 sm aralıqlarla əkildikdə, yay boyunca çiçək açır. Az miqdarda gübrə əlavə edildikdə həm tez kök atır, həm də qoxusu güclənir.

Bitkini yalnız bağda deyil, dibçəkdə də yetişdirmək mümkündür.

Afrika sarımsağı son illərdə Avropada ən çox seçilən təbii zərərvericiqovucu bitkilərdən birinə çevrilib.

Bir dəfə əkildikdən sonra, hər yaz yenidən çıxır və illərlə bağınızı qorumağa davam edir. (milli.az)

Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar elan etdilər

İrana qarşı yeni sanksiyalar elan etdilər

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

69 ölkədən tarixi qərar

69 ölkədən tarixi qərar

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

End of content

No more pages to load

RADİO