BDU-da Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə BDU-nun professoru, görkəmli alim və ictimai-siyasi xadim Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş “Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, konfransda açılış nitqi çıxış edən BDU-nun rektoru Elçin Babayev professor Səfyar Musayevin Azərbaycan tarix elminin inkişafında mühüm rol oynayan görkəmli alimlərdən biri olduğunu bildirib.

Qeyd edib ki, o, uzun illər ərzində elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də fədakarlıq göstərib, Universitetdə tarix elminin sistemli şəkildə tədris olunmasına və inkişafına böyük zəhmət sərf edib:

“Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə BDU-nun Tarix fakültəsinə qəbul olan Səfyar Musayev Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Basarkeçər rayonunda orta məktəb müəllimi işləyib. 1959-cu ilin sonlarında Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin tövsiyəsi ilə Vilnüs şəhərindəki Dövlət Təhlükəsizliyi Məktəbinə göndərilib və orada 2 illik kursu müvəffəqiyyətlə bitirib.
 

Vətənə geri döndükdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin aspirantura pilləsinə qəbul olunub. 1965-ci ildə namizədlik, 1979-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1979-cu ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1981-ci ildə isə professor elmi adı alıb. 1966-cı ildən BDU-nun Sovet İttifaqı Kommunist Partiyası tarixi kafedrasında müəllim, dosent, kafedranın professoru və 1986-cı ildən isə Siyasi tarix kafedrasının müdiri vəzifəsində çalışıb.


Onun rəhbərliyi ilə 25 nəfər namizədlik, 5 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.

Səfyar Musayevin elmi tədqiqatları təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınır”.
 

Səfyar Musayevin respublikanın siyasi həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmadığını deyən rektor Elçin Babayev professorun hər zaman yüksək vətəndaş mövqeyi nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşəkkül tapmasında fəal iştirak etdiyini vurğulayıb:


“1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə deputat seçilən Səfyar Musayev ölkəmizdə insan hüquqlarının qorunmasına, hüquqi dövlətin yaradılmasına və müvafiq qanunvericilik aktlarının hazırlanması işlərində xidmətlər göstərib. Bütün ömrünü Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətli xidmətlə keçirən istedadlı alim, vətənpərvər insan Səfyar Musayevin əziz xatirəsi daim yaşayacaq”.
 

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin vurğunu, ictimai-siyasi xadim, istedadlı alim”, YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü Arif Rəhimzadə ““91-lər”in qurucularından biri”, QAİ-nin sədri Əziz Ələkbərli “Qərbi Azərbaycanın görkəmli ziyalısı, el təəssübkeşi”, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Səfyar Musayev xatirələrdə”, Milli Məclisin üzvləri Tamam Cəfərova “Əziz elmi rəhbərim”, Arzuxan Əlizadə “Əqidəli alim”, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev “Səfyar Musayevin vətəndaş mövqeyi” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Məruzələrdə Səfyar Musayevin ölkənin ictimai-siyasi, elmi-pedaqoji həyatında xidmətləri vurğulanıb.


Qeyd olunub ki, Səfyar Musayev Ümummilli Lider Heydər Əliyevin ən yaxın tərəfdaşlarından, Yeni Azərbaycan Partiyasının qurucularından, məşhur “91”lərdən biri idi.

Səfyar Musayevi bir alim, pedaqoq, ictimai-siyasi xadim kimi xalqa sevdirən onun elmi-tədris fəaliyyəti ilə yanaşı, vətənpərvərliyi, milli ləyaqəti olub.

Professor Səfyar Musayevin oğlu Vüqar Musayev tədbirin təşkilinə görə təşəkkür edib, görkəmli alim və ictimai-siyasi xadimin ömür yolunun gənclər üçün nümunə olduğunu bildirib.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

End of content

No more pages to load

RADİO