Bakı şəhərinin küçə və prospektləri növbəti dəfə dezinfeksiya ediləcək.
Bu barədə Bİzim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Bizim.Media