Mingəçevirdə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Digər yeraltı təkan isə Xəzər dənizində olub.
Zəlzələ saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 62 km olub.
Bizim.Media