Türkiyə Azərbaycana yardım göndərdi

Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım səlahiyyətli şəxslərə təhvil verilib.

Bu barədə Bizim.Media-ya Türkiyənin Azrəbaycandakı səfirliyindən məlumat verilib.

Səhiyyə ləvazimatlarından ibarət yardımın Azərbaycan Müdafiə Nazirliyinə çatdırılması üçün Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli şəxslərinə təhvil verilməsi mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz iştirak edib.

Səfir Erkan Özoral mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağda 44 gün davam edən müharibənin Türkiyədə ciddi bir həssaslıq yaratdığını və ictimaiyyətin Azərbaycana dəstək göstərmək üçün hər cür səy göstərdiyini bildirib.

Türkiyə Diyanət Vəqfinin Azərbaycanın müxtəlif şəhərlərində bundan öncə də şəhid ailələrini əhatə edən yardım fəaliyyətləri həyata keçirdiyini xatırladan Özoral “Yenə də həmin kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatlar ilə yanaşı süd təqdimatı olacaq. Bu həssaslığı göstərdiklərinə görə Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə və Diyanət İşləri Başqanına təşəkkür edirəm”,- deyib.

Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz təhvil verilən ləvazimatların yardımdan çox dəstək mənası daşıdığını qeyd edərək Azərbaycanın Qarabağdakı qələbə sevincini paylaşdıqlarını və Türkiyə Diyanət Vəqfinin Azərbaycana yardımlarını davam etdirəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Bakıda parik taxıb cinayətlər törədən şəxs ələ keçdi – ANBAAN VİDEO

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başladı

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

Qəbələdə İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü KEÇİRİLİB

Azərbaycan Gürcüstandan avtomobil idxalını KƏSKİN AZALDIB

Azərbaycan Gürcüstandan avtomobil idxalını KƏSKİN AZALDIB

Sərxan Hacıyev: U-20 dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik

Sərxan Hacıyev: U-20 dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik

Narkotik qəbul edib "BYD" sürdü, həbs edildi

Narkotik qəbul edib "BYD" sürdü, həbs edildi

Azərbaycanlı müğənni yeni evində işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO

Azərbaycanlı müğənni yeni evində işgüzarlığını NÜMAYİŞ ETDİRDİ - VİDEO

Bakıda yolda qazılmış çuxur qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda yolda qazılmış çuxur qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Xırdalanın “kompas”ı – Şəhərə bütün yollar bu at heykəlindən başlayır

Xırdalanın “kompas”ı – Şəhərə bütün yollar bu at heykəlindən başlayır

Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü - Bakıda ağır QƏZA

Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü - Bakıda ağır QƏZA

Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Liderlərin görüşündən yeni kadrlar - “Sözümüz imzamızdır” - VİDEO

Liderlərin görüşündən yeni kadrlar - “Sözümüz imzamızdır” - VİDEO

Zelenski Azərbaycana GƏLDİ – FOTO/VİDEO

Zelenski Azərbaycana GƏLDİ – FOTO/VİDEO

Rusiya Ukraynaya zərbələr endirdi: 4 ölü, 30 yaralı var – VİDEO

Rusiya Ukraynaya zərbələr endirdi: 4 ölü, 30 yaralı var – VİDEO

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur – FOTO

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur – FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

May ayında onlar varlanacaqlar

May ayında onlar varlanacaqlar

Qanunsuz saxlanılan silahlar AŞKARLANDI

Qanunsuz saxlanılan silahlar AŞKARLANDI

90 il sonra təkrarlanan TARİX – II Dünya Müharibəsi də belə başlamışdı...

90 il sonra təkrarlanan TARİX – II Dünya Müharibəsi də belə başlamışdı...

Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər - FOTO

Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər - FOTO

Şirvanda çətənə kolları yetişdirənlər tutuldu - Əməliyyat görüntüləri – VİDEO

Şirvanda çətənə kolları yetişdirənlər tutuldu - Əməliyyat görüntüləri – VİDEO

Göyçayda market yandı – VİDEO

Göyçayda market yandı – VİDEO

End of content

No more pages to load

RADİO