Dünəndən sosial şəbəkələrdə və bu gün də saytlarda Müdafiə Nazirliyinin verdiyi növbəti qadağanın ciddi müzakirəsi gedir. Hər kəsin fikrinə hörmətlə yanaşaraq onu demək istəyirəm ki, bu sınaqdan da MN normal məntiqlə və münasibətlə çıxa bilmədi. Bu gün mətbuata verdikləri açıqlama isə onların çaşqın vəziyyətdə olmasını və bir sıra məsələlərdə özləri də bilmədən özlərini dolaşdırdıqlarının şahidi olursan.
MN-yi qeyd edir ki, "diqqət yetiriləsi məqamlardan biri də odur ki, hazırda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması həyata keçirilir. Bu dövrdə ailə mühitindən ayrılaraq, ordu sıralarına yeni gələn gənclərin fiziki, mənəvi-psixioloji adaptasiya keçməsi, ciddi surətdə əməl olunan günün nizam qaydalarına, həmçinin orqanizmə təsir edən digər amillərə uyğunlaşması vacibdir".
Bu şəxslərdən soruşmaq lazımdır ki, nə əcəb əsgərin əsgəri bıçaqlaması, öldürməsi və ya digər xoşagəlməz hallar sizi narahat etmir və bir cümlə ilə "araşdırma aparılır" kimi şablon cümlə ilə missiyanızı bitmiş hesab edirsiniz, amma bunun övladını əsgəri xidmətə yola salan həm valideynlər üçün, həm də çağırışçıların özləri üçün necə böyük mənəvi-psixoloji və sarsıdıcı zərbə olmasını nəzərə almırsınız? Nə əcəb ordu sıralarına övladlarını, doğmalarını yola salan valideynlərin oğullarını ağır şəraitdə olan hərbi hissələrə yola saldıqları bir zamanda, müdafiə nazirinin oğluna növbəti polis polkovnik-leytenant rütbəsinin verilməsinə münasibət açıqlanmırsınız? Müdafiə nazirinin mülki şəxsə, yaxın qohumu Elxan İbrahimova 8 ay ərzində polkovnik-leytenant rütbəsini verməklə onu MN Hərbi Həkim Komissiyasının rəisi vəzifəsinə təyin etməklə hansı kriteriyalar və xidmətləri sayəsində özbaşına və qanunsuz qərarına münasibət açıqlamırsınız? Olmaya MN artıq şəxsi, özəllləşdirilmiş bir təsərrüfatdır, zabit və gizirlərimizin xəbəri yoxdur?
MN daha sonra açıqladığı bir cümlə ilə özünü tamam qeyri-ciddi bir qurum kimi təqdim edir. Diqqət edin: "Bu müddətdə həm iqlim şəraiti, həm də ailədən ayrılaraq tamamilə başqa mühitə düşməsi, o cümlədən yeni kollektivdə ünsiyyət qurması kimi fizioloji və mənəvi-psixioloji amillərin gənclərimizə təsiri də mövcuddu" kimi gülməli və absurd bir iddiadır.
Bildiyim qədər 18 yaşdan tutmuş 35 yaşa kimi çağırışçılar əsgəri xidmətə çağırılırlar. Vallah, sizi bilmirəm, amma bu "ailədən ayrı düşmə, və fizioloji, mənəvi-psixoloji" sözləri adamın yaman ovqatını qaldırır. Və bu sözləri MN kimi ölkənin ən böyük güc srtukturunun adından yayımlanmasını təklif edən şəxsin təcili ən azından "rütbə ilə mükafatlandırılması" yaxşı olardı. İndi hərbi xidmətə gedən oğulların ataları vaxtıykən Uzaq Sibirdə, Şimal Buzlu Okeanda və saysız -hesabsız hərbi hissə və birləşmələrdə, sualtı qayıqlarda və məxfi rejimli hərbi hissələrdə xidmət keçəndə, onların doğma Azərbaycandan on min, bəzən də bir neçə min kilometr məsafəcə əsgəri xidmət keçmələri qətiyyən belə bir diskomfort yaratmadığı halda, indi nə baş verir ki, MN belə bir gülünc və absurd "mama uşağı" obrazını gündəmə gətirir? Vallah, bu sözləri ilə MN öz gücsüzlüyünü və sayı-hesabı bilinməyən hadisələrlə mübarizədə öz bacarıqsızlığını açıq şəkildə etiraf etmiş olur.
Sonda bir daha MN-nin öz dili ilə desək, "bu incə və həssas məsələyə qadağa deyil, hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, hərbi qulluqçuların sağlamlığının qorunması, təhlükəsizlik və yüksək döyüş hazırlığı prizmasından baxılması məqsədəuyğundur" ifadəsinə diqqət yetirək. Rəsmi olaraq bu qadağadır. Kim nə deyir, desin, guya sözü də burda heç nəyi dəyişmir. Mənim də bu məsələdə öz yanaşmam mövcuddur. O hərbi hissə və birləşmələrdə ki, komandirlər və rəsilər öz məsuliyyətlərini dərk edirlər və kollektivlərində sağlam əhval-ruhiyyə olmasını istəyirlər, onlar bəhanələr və qadağalar deyil, 1 ay üçün lazım olanı əvvəlcədən etməyi planlaşdırır, onu təşkil və təmin edir. Demək istədiyim də ondan ibarətdir ki, bu məsələdə təkcə sözlə iş görülmür. Dünya ölkələrinin və biz qardaş hesab etdiyimiz Türkiyə, həmçinin Pakistan, digər possovet ölkələrinin ordularının iş metodlarından da yararlanmaq pis olmazdı.
Bizim ictimaiyyət və öz ordusunu həqiqətən də güclü, müasir görmək istəyən mətbuat, QHT nümayəndələri olaraq söylədiklərimizi də MN səmimi və kömək məqsədi ilə açıqladığımız təkliflər kimi qəbul etməsini istərdik. Düşünürəm ki, bu ümumi işin xeyrinə ola biləcək bir iş metodu olardı.