Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi - VİDEO

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə ölkədə olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli, 488 nömrəli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlərə uyğun olaraq aşağıdakıları nəzərə almaları xahiş edilir:

Əcnəbilərin miqrasiya xidmətlərindən istifadə etmək üçün evdən çıxmamaları, elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur (elektron xidmətlərə keçid: //eservice.migration.gov.az/?lang=az).

Qəbul şöbələrinə yaxınlaşmaqla müvafiq sənədləri təqdim etmək istəyən şəxslər yaşadığı ərazilərdə “ASAN xidmət” mərkəzlərinə, olmadığı təqdirdə regional miqrasiya idarələrinə müraciət edə bilərlər.

Bakı, Gəncə, Quba, Şəki, Lənkəran, Şirvan, Mingəçevir, Yevlax şəhərləri istisna olmaqla, digər şəhər və rayonların ərazisində yaşayan əcnəbilər tərəfindən müvəqqəti və daimi yaşama, həmçinin iş icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).

Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması, eləcə də, bununla bağlı kursların keçirilməsi təxirə salınır.

Kurs ilə əlaqədar material əldə etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Həmçinin qeyd olunan tarixlərdə olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilər bunun üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər. Bu zaman müvafiq olaraq 1 (2) rəqəminin ardınca ölkədə olma və yaşama statusuna uyğun OYQ (olduğu yer üzrə qeydiyyat), MOM (müvəqqəti olma müddəti), MYI (müvəqqəti yaşama icazəsi) və ya DYI (daimi yaşama icazəsi) abreviaturasından sonra müvafiq sənədin nömrəsini qeyd etməklə 8103 nömrəsinə SMS-məlumat göndərilir. Abreviaturalar mütləq ingilis şriftləri ilə yazılmalıdır. Göstərilən linkdə video təlimat vasitəsilə proses izahlı formada təqdim olunur (//www.youtube.com/watch?v=Jx-9NZK3xV4).

Əcnəbilərin hərəkət zamanı şəxsiyyətlərini təsdiq edən sənədlərinin üzərilərində olması məcburidir.

Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən (//eservice.migration.gov.az/public/application-track) istifadə edə bilərlər.

Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir. Əcnəbilər bununla bağlı videotəlimatla buradan tanış ola bilərlər.

Ölkədə müvəqqəti və daimi yaşama icazələri ilə yaşayan əcnəbilərin həmin icazələrin etibarlılıq müddəti bitmədən “ASAN xidmət” mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada bu müddətin uzadılması üçün müraciət etmələri zəruridir.

Əlavə olaraq qeyd edirik ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

End of content

No more pages to load

RADİO