Sərhədçi zabit Aytəkin Alxaslıya Vejnəli döyüşlərinin sirrlərini açdı - ÖZƏL MÜSAHİBƏ - FOTO

"Vejnəli kəndi yaxınlığındakı Ağbənd Sərhəd Zastavası məhz Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Bölmələrinin qətiyyətli hücumu nəticəsində işğaldan azad edilib. Hücumumuz o qədər sərrast və güclü oldu ki, düşmən silah-sursatlarını, ekipirovkasını maşınlara yükləyib qaçarkən elə zastavanın həyətindəcə bizim artilleriyanın dəqiq atəşinə məruz qaldılar, erməni maşınlarını vurduq.
 

Ermənilər ölü və ýaralı əsgərlərini götürərək Arazın sahili ilə Ermənistan ərazisinə qaçmağa başladılar. Biz zastavaya daxil olanda içərisi silahla dolu maşınlar yanırdı. Ağbənd Sərhəd zastavasını, beləcə, yaralı və şəhid vermədən yağı düşməndən azad etdik". 


Bu sözləri Bizim.Media-ya DSX-nin hərbi qulluqçusu, Vətən Müharibəsi Qəhrəmanı Röyal Quliyev deyib. O, Ağbənddən sonra növbəti tapşırığın Vejnəli kəndinin və kəndin yaxınlığındakı adsız yüksəkliklərin azad edilməsi olduğunu deyərək, həmin döyüşün bəzi sirləri və qəhrəmanları haqda əməkdaşımız Aytəkin Alxaslıya danışıb.

Bu döyüşdə əsgərlərini qoruyaraq şəhid olan kapitan, şərurlu balası Elməddin Meydanovun igidliyindən də söz açıb:



"Vejnəli kəndi yaxınlığındakı adsız yüksəklikdə düşmən qüvvələri ilə döyüşə girdik. Çoxlu sayda düşmən və artilleriya atəşləri nəticəsində bir neçə hərbi qulluqçumuz yaralandı. Qrup komandiri Elməddin Meydanov əsgərlərini düşmən artilleriyasından qorumaq üçün səngərlərdə yerləşdirərkən özü qəhrəmancasına şəhid oldu.
 

İndi elməddinin şəhid olduğu həmin yer onun adını daşıyır. Ağrılı döyüş idi, Elməddini itirsək də onun və diğər şəhidlərin qisasını yerində ala bildik, artilleriyamızın dəqiq hədəf və zərbələri nəticəsində ermənilər susduruldu".


Müharibə dəhşətlərinin canlı şahidi olan DSX zabitinə növbəti sualım qiymətli təbii sərvətimiz olan qızıl yatağı yerləşən Vejnəli kəndinin necə azad olunması ilə bağlı oldu. Öyrəndim ki, Vejnəlidən əvvəl Sığırt yüksəkliyi işğaldan azad edilib:

"Şəhid və yaralılarımızı adsız yüksəklikdən təxiyyə etdikdən sonra Vejnəlini, kənd yaxınlığındakı qızıl zavodunu və ətraf əraziləri öz nəzarətimizə keçirməli idik. Bunun üçün yaxınlıqdakı ən mühüm strateji yüksəklik olan Sığırt yüksəkliyi rəhbərliyim altında işğaldan azad edildi. Artıq Vejnəli kəndi, qızıl zavodu və kəndin bütün giriş-çıxış yolları bizim nəzarətimizə keçmişdi. Azğın düşmən məğlubiyyətini həzm etməyərək bir gün sonra yenidən Vejnəliyə və yüksəkliklərə hücum etdi. Mühasirəyə düşdük.


 

Səkkiz saat davam edən gərgin döyüşdə yenə Azərbaycan sərhədçisi qələbə
çaldı. Düşmən görəndə ki, biz əks hücuma çox möhkəm girişmişik, qaçmağa məcbur oldular.Onlar əllərindəki silahı yerə ataraq qaçırdılar.


Bizim PUA-lar düşmənə bir od qoymuşdu ki... Bizimlə üz-üzə döyüşən erməni əsgərləri PUA-ların səsini eşidən kimi çığıra-çığıra qaçırdılar. Bu döyüşlərdə bizə ən yaxın dəstəyi minaatanlar və toplar olmaqla artilleriya və pilotsuz uçuş aparatları göstərdi".

Röyal Quliyev Balakəndən olan gizir Amin Tacəddin oğlu Novruzovun da igidliyi, şücaəti haqqında söhbət saldı. Onun şəhadətə ucaldığı döyüşün əhəmiyyətini xatırlatdı:

"Vejnəli kəndi yaxınlığında gedən döyüşlərdə də şəhidlərimiz və yaralılarımız oldu. Adsız yüksəkliyin azad  olunması zamanı kiçik gizir Amin Novruzov boğazından ağır yaralandı. O, çoxlu qan itirmişdi. Aminin onu təxliyyə etmək istəyən əsgərlərə son sözü gülərək "Boş yerə tələsməyin. Mən şəhid olacam. Vətən sağ olsun!" -deyib.
 

O, təxliyyə zamanı şərəfli şəhid adını qazandı. İgid gizirimiz  Amin Novruzova ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib".


Röyal bizə Vejnəli ətrafındakı döyüşlərdən, hər bir əsgərimizin qəhrəmanlığından ürəkdolusu danışdı. Bitib tükənməyən xatirələrini yolboyu bizimlə bölüşdü.

Vətən Müharibəsində 47 hərbi qulluqçusunu qurban vermiş DSX-nin döyüş uğurlarını yerində görmək bizim üçün də böyük qürur hadisəsi idi. Onların hər birinin hekayəsini dinlədikcə azad torpaqlarımızda ancaq bu ürək sözlərimi pıçıldayırdım:

- Biz sizə ömrü boyu borclu qalacağıq. Verdiyimiz hər nəfəsdə sizi sayğıyla anırıq. Siz bizə Zəfərimizi ərmağan edən igidlərsiniz, UNUDULMAYACAQSINIZ!. Vətən var olduqca, siz də varsınız!

Aytəkin Alxaslı, Bizim.Media








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

İran millisi dünya çempionatını buraxa bilər

İran millisi dünya çempionatını buraxa bilər

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

Sinem Kobal Kenana olan sevgisindən yazdı

Sinem Kobal Kenana olan sevgisindən yazdı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

End of content

No more pages to load

RADİO