Nüsrət Qasımov: “Lökbatandakı zəhərlənmə hadisənin təkrarlanacağı qaçılmazdır, əgər”¦”

“Nə qədər ki, Azərbaycanda adorant maddəsi mavi yanacağın tərkibinə kustar üsulla vurulur, Lökbatandakı hadisənin təkrarlanacağı qaçılmazdır”. 

Moderator.az xəbər verir ki, bu fikirləri APA.TV-də efirə gedən "Sosium" verlişinin qonağı olan «Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov deyib. Azərbaycanın qaz təsərrüfatında 48 illik iş təcrübəsi olan qonaq bildirib ki, həmin maddə qazın tərkibinə hələ də sovet dövründən qalma üsulla qatışdırılır.

 "Bir dəfə belə hadisə mənim işlədiyim dövrdə Yasamal rayonunda baş vermişdi. Çünki o vaxt da qazın tərkibinə adorant maddəsi indiki kimi primitiv üsulla qatışdırılırdı. Əslində indi o proses avtomatik üsulla həyata keçirilməlidir. Qazsızma hallarında ciddi fəsadların qarşısını almaqda adorant çox böyük rol oynayır. Bu səbəbdən də qazın tərkibinə qatışdırılmalıdır. Amma bu iş ciddi nəzarət altında keçirilməlidir”.

Nüsrət Qasımov hesab edir ki, Lökbatan qəsəbəsində 100-dən çox adamın zəhərlənməsinə səbəb qeyd olunan prosesə ciddi nəzarətin olmaması, səhlənkarlıq və qeyri-peşəkarlıqdır: "Orada operator adorantı qazın tərkibinə vurdiqdan sonra, qaz vintini bağlayıb, amma adorantın vintini bağlamaq yaddan çıxıb. Başqa cür olsaydı, proses bütün Bakını əhatə edərdi. Deməli, Lökbatanda xəttə ötürülən qazın tərkibinə adorant normadan artıq vurulub".

Mütəxəssisin fikrincə, adorantın insanları zəhərləməsinə səbəb boru xətlərində qaz sızmalarının olmasıdır: "Deməli, xətlərdə problemlər var. Sızmalar olmasaydı, belə bir hadisə baş verməzdi. Əvvəllər ayda bir dəfə xətləri yoxlayırdıq, özü də sabun köpüyü ilə. İndi 6 aydan bir yoxlanır. Şükürlər olsun ki, artıq elə texnikalar icad olunub ki, sızmaları anında müəyyənləşdirmək mümkündür. Amma təbii ki, səhlənkarlıq olmasa".

Nüsrət Qasımov Azərbaycanda bütün evlərin qaz siqnalizasiya aparatları ilə təchiz olunmasını vacib sayır: “Xarici ölkələrdə bütün evlərdə qaz siqnalizasiya cihazları var. Qiyməti cəmi 12 dollardır. Bu cihazlar adi siqaret tüstüsü olanda belə siqnal verir”.

Qazla bağlı faciəvi halların sayının artmasına gəldikdə isə Nüsrət Qasımov bunun səbəbini maarifləndirmə işinin zəif aparılmasında görür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

End of content

No more pages to load

RADİO