Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydanda çıxış edib.
Avropa.info xəbər verir ki, ukraynalıları qələbə münasibəti ilə təbrik edən Saakaşvili Azərbaycanın da adını çəkib.
"Əziz qardaşlar, bacılar siz tarix yazdınız, siz çox qüvvələrə dərs verdiniz. Sizin dünyasını dəyişmiş qəhrəmanlarınızı gürcülər, moldavanlar, azərbaycanlılar, ukraynalılar xatırlayacaqlar. O, cümlədən azadlıq istəyən ruslar..."