Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.
Bizim.Media xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin məlumatında yer alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ötən gün 27 koronavirus xəstəsi saxlanılıb. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb, 2 nəfər ağır xəstə isə həyatını itirib.
Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir.
Bizim.Media