2021-ci ilə köhnə şam ağacları ilə gedirik – YENİ İL BAZARLIĞI

Qarşıdan Yeni il gəlir. Bayramın atributlarının qiymətləri hər il olduğu kimi, bu il də aktualdır. Xüsusəndə yeni il bazarlığı uşaqların üzünü güldürür.

Bizim.Media-nın əməkdaşı oxucularmıza  yeni il bazarlığında bələdçilik etmək üçün  yolunu Memar Əcəmi, “İnşaatçılar”, “20 yanvar” metrostansiyaların ətraf ərazilərindən salıb. Çünki, ötən il  daxil olmaqla hər il metroətrafı ərazilərdə xüsusən də bayram çadırlarında yeni il atributlarının  pərakəndə satışı  təşkil olunurdu.

Müşahidələrimizə əsasən deyə bilərik ki, bu il gözümüzə bu pərakəndə satış  çadrları dəymədi. Hə, deyə bilərsiz ki, pandemiya dövrü olduğu üçün küçə ticarəti yığışdırılıb. Lakin bu belə deyil. Metro ətrafında pərakəndə formada  limon, xırdavat, meyvə-tərəvəzin açıq  satışını edən satıcılar mövcuddur. Amma yolka və də bər-bəzək satanlara rast gələ bilmədik.

Qarşılaşdığımız vəziyyətlə əlaqədar olaraq qimətləri öyrənmək üçün  hədiyyə və bər-bəzək satılan mağazalara üz tutmaq qərarına gəldik ki, builki qiymətləri öyrənə bilək. 
Salam xanım, sizdə  yeni il üçün şam ağacları var? Varsa neçəyə olur? 

- Bu il nə “yolka”, nə də onun bər-bəzəyi üçün oyuncaqlar gətirməmişik. Keçən ildən anbarda nə qalıbsa onu gətirib satacam. Bu gördüyünüz şaxta babalar keçən ildən qalıb. Qiyməti 25 manatdır. Nisbətən  kiçik olanların qiyməti isə 10-15 manatadır. Yolkadakı o balacalardır. Başqası yoxdur.

- Bu il niyə yeni il malları satmayacaqsız ki?

- Deyirlər karantin qaydaları sərtləşəcək, mağazalar bağlanacaq. Ona görə də yeni mal gətirməyin mənası yoxdur. Havayıdan mayanı niyə batıraq ki?

Bu dükandan çıxıb üzümüzü başqa hədiyyə mağazasına verdik.

Satıcı Aygün Əliyeva deyir ki, bu il onlar da şam ağacları, bər-bəzək üçün oyuncaqlar gətirmək fikrində deyillər.

- Əgər qaydalar sərtləşməsə, bəlkə onda bir - iki dənə yolka gətirərik ki, müştəri əliboş geri qayıtmasın.

Baş çəkdiyimiz bütün hədiyyə mağzalarında eyni sözü eşitdik. Buna görə, böyük supermarketlərə üz tuturuq.





Satış təmsilçisi Samir Ağayev deyir ki, nisbətən kiçik ölçülü şam ağaclarının qiyməti 50-159 manat arasında dəyişir.

- Alıcılar yeni il bazarlığına aid olan atributları supermarketlərin qeyri -qida bölməsinə yaxınaşıb buradan  əldə edə bilərlər. 

Qiymətlərə gəlincə:

Sadə zərlər: 1-5 manat;
Bəzəkli zərlər: 2-6 manat;
Oyuncaqlar:  0,50-10 manat təşkil edir.

İri supermarketlərdə şam ağaclarınn qiyməti isə belədir:

1.80 sm ölçüdə olan şam ağacının qiyməti 49.99 AZN;
1.60. sm olan 79.99 AZN;
1.80 sm olan digərinin qiməti isə.99.99 AZNdir:

Bu supermarketdə şam ağaclarının qiyməti məhsulun keyfiyyətinə görə müəyyən olunur. Superkarketlərdə ən bahalı şam ağacının qiyməti isə 120- Azn-dən 300 AZN-nə kimi dəyişir. Baş çəkdiyimiz  supermarketiləri tərk edirik. Ev əşyaları satışını edən mağazalar şəbəkəsinə yollanırıq. Mağazaya girər-girməz diqqətimizi qırmızı bəzəkli şam ağacı çəkir.




- Xanım bu neçəyədir?
- Bu yolkanın qiyməti 2000 manatdır.
- Nə danışırsınız, məgər kimsə belə qiymətə şam ağacı alır?
- Bəli xanım. Artıq 3 ədədini satmışıq. Adətən yeni ilə kimi təxminən 10- na yaxının sata bilirik.

Belə mağazalarda  şam ağacı üçün oyuncaqların bir ədədinin qiyməti. 4-6 manat təşkil edir. Süni qarların qiyməti isə 9 azn-dir. Sadəcə bəzkli zərlərin qiyməti isə 5 azndən başlayır.  Bax belə, hələ qarşıda zaman var. Əgər pandemiya qalan günlərimizi də şaxta kimi vurmasa, bazarda bəlkə canlanma oldu. Hər halda 2020-ci il sağ-salamat getsin, 2021-ə uğurların davamlı olması ilə qədəm qoyaq. Qarşıdakı bütün günləriniz mübarək olsun, əziz oxucularımız!

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı

Qurban Qurbanov da qızıl medal qazandı

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

"Günlərdir gecələr yatmıram"

"Günlərdir gecələr yatmıram"

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

End of content

No more pages to load

RADİO