Qurani-Kərim ərəbcə, yoxsa azərbaycanca oxunmalıdır?

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunmasının vacibliyinə diqqət çəkib. O.Əsədovun sözlərinə görə, mərasimlərdə Qurani-Kərim ərəb dilində oxunduğu üçün insanların 80%-i onu başa düşmür. Spikerin qənaətincə, əgər Qurani-Kərim Azərbaycan dilində oxunarsa, o zaman onu hər kəs başa düşüb dərk edə bilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin müavini Hacı Fuad Nurullah məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandırıb.

H.F.Nurullahın sözlərinə görə, Qurani-Kərimin Azərbaycan dilində oxunmasında fayda var, lakin bununla belə elə ayələr var ki, onlar məhz ərəb dilində, orijinaldan oxunmalıdır:

“Bu gün məraismlərdə, məclislərdə Quran oxunursa, bu surələr insanlara öz ana dilində də başa salınmalıdır. Insanlar oxunan surələrin mənasını anlamalıdırlar. Amma mərasimlərdəki rəsmiyyət hissələrində, hansı ki, müəyyən surələr ki, var onlar Quranın orijinalından oxunmalıdır, buna əməl olunmalıdır. Yəni həmin surələr orijinalından oxunmalıdır. Bu, mütləqdir. Məsələn, insan dəfn olunan zaman onun cənazə namazının orijinaldan deyilməsi ilə bağlı mövcud qayda-qanuna əməl olunmalıdır. Amma sonradan bunlar insanlara başa salınmalıdır. Insanlar namazlarında nələri söylədiklərini bilməlidirlər. Quran dünyanın çox müxtəlif dillərinə tərcümə edilə bilər. Lakin Qurani-Kərimin tam səlis tərcüməsi bu dillərin imkanı xaricindədir. Azərbaycan dilinin bir milyona yaxın lüğət imkan varsa, Quran dilində 12 milyona qədər belə söz var. Bunu tam şəkildə əhatə eləmək mümkün deyil. Quran heç bir dilə tam şəkildə tərcümə edilə bilmir. Peyğəmbərimiz tərəfindən də qoyulan yol bundan ibarətdir ki, hər bir fərd, hər bir millət Quranı orijinalından oxumağı bacarmalıdır. Bu, müstəhəb və sünnətdir.  Amma oxunanların insanların ana dilində   başa düşülməsi isə vacibdir. Insan istədiyi duanı öz ana dilində oxuya bilər. Amma peyğöəmbərimiz buyurub ki, namaz və bəzi vacib ayinlər Quran dilində, orijinalda oxunmalı və deyilməlidir. Bu, bütün dünya müsəlmanlarının, onların hansı dildə danışmasından asılı olmayaraq, birləşdirici faktor oynayır. Yəni bir şəxs Quran oxuyan zaman başqa millətdən olan müsəlman da Quran oxunduğunu bilsin, müsəlmanlar bir-birlərini tanısın. Azanı, iqaməni, Fatihə surəsini eşidən şəxs dərhal anlayır ki, bunu oxuyan şəxs müsəlmandır. Burada Qiuran ayələri icra olunur. Bu, dünya müsəlmanlarının birliyi üçündür. Bununla yanaşı, oxunan surələrin insanlara ana dilində də başa salınması müsbət və faydalıdır”.

 

Seymur Əliyev  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Afət Seyidzadəyə vəzifə verildi

Afət Seyidzadəyə vəzifə verildi

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

Rusiyadan ABŞ və İrana: “Birtəhər çıxış yolu tapmalıdırlar”

Rusiyadan ABŞ və İrana: “Birtəhər çıxış yolu tapmalıdırlar”

Təbiətə 36 min manatdan çox ziyan dəydi

Təbiətə 36 min manatdan çox ziyan dəydi

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" yaradılır - QƏRAR

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" yaradılır - QƏRAR

“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu

“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu

Crescent Mall-da nə baş verir? – TƏCİLİ + VİDEO

Crescent Mall-da nə baş verir? – TƏCİLİ + VİDEO

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın İCLASI – Nələr müzakirə edildi? – FOTO

Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın İCLASI – Nələr müzakirə edildi? – FOTO

End of content

No more pages to load

RADİO