Bankların kredit fırıldağı

Fiziki və yaxud  da  hüquqi şəxslər “BANK”-lardan kredit alarkən yüz  ölçüb, bir  biçməlidirlər. Belə ki, banklar  kreditləri verərkən AR-sı qanunvericiliyinə və  “Milli Bankın” qanunlarına, təlimatlarına məhəl qoymurlar. Öz  istədikləri  kimi hərəkət  edərək AR-sı qanunvericiliyini  və AR-sı  vətəndaşlarının  konstitusiya ilə qorunan  hüquqlarını  gobud  sürətdə pozurlar.
Öz  maddi  maraqlarını güdərək, “şapka” alaraq, “ təminatsız”, “girovsuz”, “zaminsiz” kreditlər  verirlər, kredit  verərkən qanunvericiliyə  uyğun şəkildə sənədləşdirmə aparmırlar. Bununla  da “banklarda kreditlərin verilməsi qaydaları”-nın  tələblərini pozurlar.
 Sonradan kredit geri  ödənilməyəndə onlar  məhkəmələrə  müraciət  edirlər. Məhkəmə hakimləri isə kredit alanlar tərəfindən təqdim edilən sənədlərə, sübutlara, faktlara hüquqi  qiymət verilmir,  “bank”-ların saxtakarlıqlarına göz  yumaraq, işlərin təxminən 80-90%-də “bank”-ların xeyrinə qərarlar  qəbul edirlər. Hakimlər  “ bank”-lardan  krediti “hüququ şəxslərə” verərkən notariat qaydasında kredit  müqaviləsi bağlanmasını  və  hüquqi  şəxslər  tərəfindən kredit alınması  üçün “etibarnamə”  təqdim  edilib-edilməməsini  araşdırmırlar.
Bu  da vətəndaşların haqqlı  narazılıqlarına səbəb olur.
Banklarda  verilən kreditlərin çox  hissəsi dövlətdən, vergidən  gizlədilir. Verilmiş kreditlər haqqında aidiyyəti  qurumlara düzgün hesabatlar  verilmir. Öz  şəxsi  vəsaitlərini kredit  olaraq,  sənədləşdirmə aparmadan“təminatsız” hüquqi  və  fiziki  şəxslərə verirlər.   Kredit   adına  vermiş olduqları  şəxsi  vəsaitləri  geri  ala  bilmədikdə, saxta  bank  sənədləri  düzəldərək, bankın adından məhkəməyə  müraciət  edirlər.
 Hal-hazırda Gəncə-İnzibati, iqtisadi  məhkəməsində 17.01.2013-cu il tarixindən baxılacaq olan belə bir  iş haqqında cəmiyyətimizə və aidiyyəti  qurumlara  məlumat  vermək  istəyirəm.
 Tovuz rayonunda  XXXX MMC-də  səlahiyyət  sahibi olmayan icraçı direktora “XXXXXBank” tərəfindən heç bir  “təminat”  almadan, heç bir  sənədləşdirmə aparmadan, təsisçinin “etibarnaməsi”, razılığı olmadan “şapka” qarşılığında 15.000  manat  kredit  verilmişdir. “Təminatsız” krediti  geri ala  bilməyən  bank  “MMC”-ni  məhkəməyə  verib.
 Hüququ pozulmuş hüquqi şəxs MMC-nin təsisçisi etiraz olaraq məhkəməyə təqdim etdiyi ərizənin bir  bölümündə qeyd  edir.
 .........“xxxxxbank”ASC-i, icraçı direktor K.Ə.Ş oğlu ilə;-10.12.2012-ci il tarixində bağladəğı kredit  müqaviləsi  saxta,  əsassız  və  qanunsuzdur. Ə. K.Ş. oğlu “Bank”-a MMC-nin heç  bir  hüquqi  sənədini “notariat qaydasında”təsdiqini təqdim  etməmişdir. Kredit alınması üçün “BANK”-a “XXXX”MMC-nin notariat  qaydada  təsdiq  edilmiş “etibarnaməsini” təqdim  etməmişdir.
...... MM-nin 362.5 ”“ci maddəsi;  Hüquqi şəxs  adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş şəxsin imzası ilə, həmin təşkilatın  möhürü vurulmaqla--verilir.                                                                                                                                                                                                                                                                                                                                  MM ”“ nin 390 ”“ cı maddəsində:Hüquqi şəxslərə müqavilə bağlandıqda həmçinin nəzərə almaq lazımdır ki, hüquqi şəxsin adından müqavilə bağlamaq hüququna, təsis sənədləri üzrə onun orqanları olan vətəndaşlar və ya səlahiyyətli nümayəndələr  malikdirlər. Hüquqi şəxsin orqanı statusuna malik olan vətəndaş xüsusi səlahiyyət (etibarnamə) olmadan, onun təşkilatdaki vəziyyətini təsdiq edən sənəd təqdim etməklə müqavilə bağlaya bilər. Müqavilə bağlayarkən hüquqi şəxsin orqanı  təsis  sənədlərini və ya onun səlahiyyətlərini təsdiq edən təsis-sənədlərinin-çıxsrışını-təqdim-etməlidir
.......Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda, təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
Normanın məzmunundan göründüyü kimi təmsilçiyə təmsil edilən adından özü barədə əqd bağlamağa səlahiyyət verilmir və həmin norma imperativ xarakter daşıyır.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən  əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
 Həmin Məcəllənin 337.4-cü maddəsin əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
 Görünüdüyü kimi, “XXXXXBANK” ASC ilə K. Ə. Ş. oğlu arasında”XXXX” MMC-i adına  bağlanılmış 10.12.2012-ci il- tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirlmış şərtləri, konkret olaraq əqdlərdə təmsilçilklə bağlı müddəaları pozmaqla bağlanmışdır. Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə əsasən belə əqd etibarsız əqd hesab edilməlidir.
Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi
334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin  göstərdiyi  üçüncü  şəxsin  mənafeyi  naminə  idarə  etməlidir.
 Kredit müqaviləsi bağlanarkən cavabdeh “XXXXXBANK” tərəfindən işin bu halına göz yumulmuş və belə bir müqavilənin bağlanması təmsil edilənin mülkiyyət hüquqlarını pozduğu halda bank tərəfindən həmin müqavilə bağlanmışdır.
 Azərbaycan Respublikası Qanunvericiliyinin yuxarıda  şərh  edilən müddəaları  onu sübut edir  ki, ”BANK” 10.12.2012-ci ildə  K. Ə. Ş. oğlu ilə  bağladığı  OV-12  saylı  kredit  müqaviləsi  etibarsız  əqddir.
 Yuxarıda  şərh  olunan müddəalar “XXXXXBANK” ASC-nin iddiasının əsassız  olması  üçün əsasdır.    
 “Bank”-lar  tərəfindən  hüquqları   gobud  şəkildə pozulmuş  hüquqi şəxs  (MMC) yuxarıda  qeyd  olunmuş  faktların, sübutların   10  qatını  məhkəməyə  təqdim  etdiyini  bildirir.  Məhkəmənin  doğru və ədalətli  qərar  qəbul  edəcəyinə  şübhə  ilə  yanaşır.
 “Bank”-lar  isə  məhkəmələrin onları  müdafiə edəcəklərini  bildikləri  üçün hələ də bu  formada“təminatsız”  kreditlər  verməyə  davam  edirlər.
Qanunvericiliyə  uyğun  şəkildə  belə  kreditlər  verən  banklar  haqqında  Milli Bank tərəfindən  tədbirlər  görülməli,  audit  yoxlamaları aparılmalıdır. Bu saxtakarlıqlar  haqqında  sahibkar  özu Milli Banka  və aidiyyəti  qurumlara rəsmi  qaydada  müraciət  edəcəyini  bildirir.
Vaqif  Əhmədov

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

End of content

No more pages to load

RADİO