Bakıda bu dəqiqələrdə güclü yanğın hadisəsi baş verir.
Bizim.Media-nın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yanğının paytaxtın Nizami rayonu ərazisində yerləşən yeni tikinti obyektində başladığı bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Bizim.Media