“Anna bunu (boşanma – red.) elan edəndə mən qərara hörmət etdiyimi bildirdim, lakin bununla razılaşdığımı demədim”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı şəxsi həyatı ilə bağlı şayiələrə münasibət bildirərkən deyib.
"Təbii ki, bu məntiqə əsaslanaraq, qeyd etdiyiniz hadisənin (barışma – red.) baş tutması üçün səy göstərdim və sevinirəm ki, bu, baş verir. Mən şadam ki, ailəmizi xilas etmək üçün daha bir şansım var” - Paşinyan bildirib.
Bizim.Media