“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərlərini Tərtərə və işğaldan yeni azad edilən Ağdama aparırıq”.
Bizim.Media-nın məlumatına görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.
“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə H. Hacıyev qeyd edib.
Bizim.Media