Polşa Respublikasında dünyasını dəyişmiş həmyerlimiz Müşviq İsmayılovun nəşi Azərbaycana yola salınıb.
Bizim.Media xəbər verir ki, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib.
Diaspor rəhbəri bildirb ki, İsmayılovun nəşi 28 noyabr 2020-ci il tarixdə saat 07:30-da Azərbaycana çatacaq.
Onun sözlərinə görə, hazırda onun ölüm səbəbi ilə bağlı araşdırma davam edir. İstintaqın yekunu barədə ictimaiyyətə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi tərəfindən məlumat veriləcək.
Bizim.Media