ATƏT-in Bakı ofisinin dəstəyi ilə konfrans keçirildi


İyulun 30-da İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi (İHM İB) Аvrоpаdа Təhlükəsizlikк və Əməkdaşlıq Təşkilatının (АTƏT) Bаkı оfisinin dəstəyi ilə “Kiçik və orta sahibkarlar üçün hüquqi məsləhət mərkəzləri” аdlı layihə çərçivəsində “Sahibkarlar və bank münasibətlərı” mövzusunda “Şafran” oteldə konfrans keçirib. 

 

Bu barədə Moderator.az-a İHM İB-dən məlumat verilib. Məlumata görə, konfransda dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT nümayəndələri, sahibkarlar və KİV nümayəndələri, ümumilikdə 50-yə yaxın şəxs iştirak edib.

 

Konfransı giriş sözü ilə İHM İB-nin sədri İradə Cavadova açaraq konfrans iştirakçılarını salamlamış və həyata keçirilən layihə haqqında, Bakı və Mingəçevir şəhərlərində orta və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün pulsuz hüquqi məsləhət mərkəzlərinin fəaliyyəti və görülmüş işlər barədə  geniş məlumat verib. 

Sonra ATƏT-in Bakı ofisinin rəhbərinin müavini xanım Monika Martinez konfrans iştirakçılarını salamlayaraq ATƏT-in Bakı ofisinin 2007-ci ildən indiyə qədər sahibkarlar üçün həyata keçirdiyi proqramlar haqqında ətraflı məlumat verib.

Milli Məclisin üzvü, millət vəkili Əli Məsimli “Sahibkarlar və bank faiz münasibətləri” mövzusu ilə çıxış edib. Ə.Məsimli Şərqi Avropa və keçmiş SSRİ ölkələrində sahibkarlara verilən kredit şərtlərindən, banklar tərəfindən verilən kreditlərin yüksək faiz dərəcələrindən, kreditlər verilməsi zamanı alınan əlavə xərclərdən danışaraq, ölkəmizdə sahibkarlara verilən kreditlərin investisiya yatırmaları üçün kifayət etmədiyini, ümumiyyətlə kreditlərin verilməsi zamanı çoxsaylı problemlərin olduğunu bildirmişdir. Sahibkarların kreditlərin alınması zamanı qarşılaşdıqları problemlərdən danışan millət vəkili obyektiv tədqiqatlara ehtiyac olduğunu deyib. 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Dr. Thomas Melzer “Azərbaycanda kredit alanların hüquqi müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən fəaliyyətlərə dair araşdırma” mövzusunda çıxış edib. Azərbaycanda kreditlərin verilməsi sahəsində apardığı araşdırmaları haqqında məlumat verən Thomas Melzer kreditlərin verilməsi ilə bağlı Almaniya təcrübəsindən danışmış, Azərbaycanda kreditlərin verilməsində beynəlxalq standartların tətbiq edilməli olduğuna dair tövsiyələrini təqdim edib.

 

Konfransda daha sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Sahibkarlar üçün kredit resurslarının əlçatanlığı” mövzusunda təqdimat edib.. Ekspert 200 biznes subyekti arasında apardığı sorğunun nəticələrinə əsaslanaraq  Kiçik və Orta Sahibkarların maliyyə institutlarına müraciət etmələrinin səbəblərindən, kredit almaq üçün müraciət etdikləri mərhələdə üzləşdiyi çətinliklərdən, kreditlərin faiz dərəcələrindən, güzəştli kredit üçün müraciət etməmələrini qeyd etmiş və sahibkarların hüquqlarının pozulması hallarının həddən çox olduğunu bildirib.

Konfransda “FİNCA Azərbaycan” bank olmayan kredit təşkilatının və Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri konfrans iştirakçılarına xidmətləri barədə ətraflı məlumat vermişdirlər. 

Daha sonra Oğuz rayonunda fəaliyyət göstərən sahibkar Aida Behbudova “Regionda sahibkarlıq fəaliyyətinə verilən kreditlər və mövcud problemlər” mövzusunda çıxış etmişdir. 

Çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılmış, sahibkarların, onları maraqlandıran məsələlərlə bağlı sualları cavablandırılmışdır.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Xalq artisti ağır durumda...

Xalq artisti ağır durumda...

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Eldar Səlimov İraq DİN-in generalı ilə...

Eldar Səlimov İraq DİN-in generalı ilə...

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

End of content

No more pages to load

RADİO