“COVID pasportu olmayan şəxslərin ictimai iaşə obyektlərinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara girişi məhdudlaşdırılacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə bunun operativ təmin edilməsi məqsədilə ASAN xidmət tərəfindən smartfonlar üçün xüsusi bir tətbiq hazırlanıb:
“Həmin proqram təminatı istənilən smartfonda istifadə oluna bilər və obyektlərdə sözügedən proqram təminatçısı ilə çevik formada COVID pasport olan insanların pasportu yoxlanılacaq. Bu proqram təminatı barədə də Asan Xidmət tərəfindən mətbuat konfransı keçiriləcək və ətraflı məlumat veriləcək”.
Alçina Amilqızı, Bizim.Media