Gürcüstanda “Agile Spirit 2021” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək. Təimlər iyulun 26-da başlanacaq, avqustun 6-dək davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ ordusunun Mətbuat xidmətinin açıqlamasında deyilir.
Bildirilir ki, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək.
Təlimlərin keçirilməsində məqsəd ABŞ-ın müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.
“Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.
Bizim.Media