“Bu adamların həyatda özləri xoşbəxt olmayıb, heykəlləri xoşbəxtdir “ – DEPUTAT

“İsraildən yeni texnologiya vasitəsi ilə xeyli tanış simaların dinlənildiyi iddia olunur. Hətta siyahı da dərc olunub. Bir az da təşviş yaranıb. Bir qisim də burada hökuməti suçlamağa başlayıb. Əslində bu özlüyündə çox pozitiv bir faktdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində deputat Fazil Mustafa yazıb.

“Hər dəfə üzümüzü insanlara tutub bağırırıq ki, bir dinləyin görək nə deyirik, vecinə alan yox. İndi sizləri pulsuz-parasız dinləyirlər, bunun nəyi pisdir ki? Təki dinləyən olsun, o halda hər kəs sözünə çəki-düzən verəcək, davranışlarına diqqət yetirəcək, cəmiyyətə doğru yolları göstərməyə çalışacaq”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Necə ola bilər ki, sən binaların o cür tikilməsinə icazə verəsən?” - Deputatdan SƏRT MESAJ


Milli Məclis üzvü hesab edir ki, bu məmləkətdə hamı danışır, fəqət dinləyən yoxdur:

“İndi bu dinləyən də heç olmazsa kənardan tapıldı. Yaxşı ki, adamı beş-on kitab oxumuş yəhudi dinləyir, öz oxumamışlarımız dinləsəydi nə olurdu?”.

Onun fikrincə, Seyid Əzim Şirvani Azərbaycanın ən nəhəng ədəbi dühalarından və maarifpərvərlərindən biri olub:

“Onu dinləməyə hövsələsi çatmayan dinçi babalarımız vücudunu məscidin qapısına sıxışdırıb, çırpıb öldürmüşdülər. Böyük Sabiri də bir az dinləyəndən sonra bişirdiyi sabunu bazarda almırdılar ki, qoy evdə qız uşaqları acından ölsün. Bu adamların həyatda özləri xoşbəxt olmayıb e, heykəlləri xoşbəxtdir.

Dinləmək, dinmək, dindirmək, dingildəmək - hamısının mənbəyində din oturub, yanlış din, antiməhəmməd dini, teatr dini, antiquran dini. Quranı dinləmək istəməyən adamı necə dinlər?

Nə deyim, yüzilliklər boyu olduğu kimi müasir çağda da sözü qoyub lafı dinləyəcəksinizsə, yəhudi də, ingilis də, çinli də sizi dinləyəcəkdir. Və sevinəcəklər ki, hələ də söylədiklərinizdən heç nə başa düşülmür”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Budanov Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Budanov Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Bu görüntüləri gündəm oldu - VİDEO

Bu görüntüləri gündəm oldu - VİDEO

End of content

No more pages to load

RADİO