"Qurban kəsin, paylayın, əcəb edirsiniz, bayramınız mübarək... Amma yalvarıram, bu cür eləməyin. Bir heyvanın qabağında digərini kəsmək (bütün kəsim yerlərində belədir) düzgün deyil"
Bizim.Media xəbər verir ki, bu çağırışla özünün "Facebook" səhifəsində "Azvison"un baş redaktoru Vüsal Məmmədov çıxış edib.
Statusunun davamında jurnalist yazıb ki, heyvan olanda nə olar:
"Heyvan olanda nə olar, onun da psixologiyası var, hissləri var, onun da vəziləri eynən bizdə olan hormonlardan ifraz edirlər. Ölümqabağı stress yaşatmayın, incitməyin, su verin, kölgədə saxlayın. İnsan olun! Əldə bıçaq olsa da, insanlığı itirməyin..."
Bizim.Media
