“Bulla-dəniz”də yüksək debitli quyu istismara qəbul edildi

Ölkəmizin təbii qaz təchizatında önəmli rola malik olan “Bulla-dəniz” yatağında geoloji tədbir uğurla həyata keçirilib, yataqdakı 123 saylı quyunun 5878-5865 metr intervalında süzgəc açılıb.

Bizim.Media xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, 123 saylı quyu “Bulla-dəniz” yatağında 2017-ci ildə 6132 metr dərinlikdə qazılıb, indiyə qədər quyudan 104 min ton kondensat və 472 milyon kubmetr qaz hasil edilib.

Son dövrdə quyuda istismar olunmuş lay üzrə hasilatın gündəlik 150 min kubmetrə qədər təbii azalması müşahidə olunub və əlavə tədbir görülməsinə ehtiyac yaranıb. Aparılmış uğurlu tədbir seçimi nəticəsində quyu gündəlik 120 ton kondensat və 500 min kubmetr təbii qaz hasilatı ilə istismara verilib.

Quyunun 2041-ci ilə qədər istismar olunması nəzərdə tutulur. Ümumilikdə 123 saylı quyudan 700 min tondan çox kondensat və 3 milyard kubmetrdən çox qazın hasil edilməsi proqnozlaşdırılır. Quyunun yüksək potensialını nəzərə alaraq, hasilatın artırılması istiqamətində işlər davam etdirilir.

“Bulla-dəniz” yatağı 1975-ci ildə açılıb. Yataqda 13 quyu işləyir, gündəlik 700 tona yaxın neft-kondensat və 3 milyon kubmetr qaz hasil edilir. Yatağın tam miqyaslı işlənmə planı çərçivəsində əlavə 17 quyunun qazılması planlaşdırılır. Bu quyuların hər birindən gündəlik 100 ton kondensat və 500 min kubmetr qaz hasilatı gözlənilir.

Cari dövrdə yataqda 6 saylı özüldən 117 saylı quyunun qazılması davam etdirilir. 2022-ci ildə yataqda daha bir lay dəstəsinin neft-qaz potensialını dəqiqləşdirmək üçün axtarış quyusunun qazılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

End of content

No more pages to load

RADİO