Bakıda iki nəfər dənizdə batıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barədə məlumat daxil olub.
Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.
Əlavə məlumat veriləcək.
Bizim.Media