Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsində şahid İFADƏ VERDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib. Cinayət işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildirib ki, Xəzər Tibb Mərkəzində stomatoloq işləyir və Xəzər Rayon Hərbi Komissarlığında tibbi komissiyanın üzvüdür.

O bildlrib ki, qonşusunun oğluna hərbi xidmətdən möhlət lazım olub:

“Mən Ramin Şükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə və ayağında problem olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini tapşırdı. Dedim ki, ailənin vəziyyəti yaxşı deyil, 4 min manat verə bilərlər. Razılaşdıq. Qonşudan pulu götürdüm və komissarlığa getdim. Ramin dedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də pulu sənədlərin arasına qoyub təhvil verdim. Xalidin bundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik” kimi vermişik”.

Təqsirləndirilən Ramin Şükürov bildirib ki, şahid məhkəməyə yalan ifadə verir: “Şahid tibbi komissiyanın üzvüdür və yoxlanışda iştirak edir. Lakin həmin həkimin çağırışçının səhhətindən şübhələndiyi hallarda hansı hərəkətləri edəcəyini bilmir”.

Məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edib. Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Ramin Şükürov ona bəzi şəxslərin 6 min, bəzilərinin 8 min verdiyini deyib. Şahid məhkəməyə verdiyi ifadəni təsdiq edib və bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu üçün belə ifadə verib.

Məhkəmə 15 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb.

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

Qara dəniz üzərində GƏRGİNLİK: Rumıniya iki dronu vurdu

Qara dəniz üzərində GƏRGİNLİK: Rumıniya iki dronu vurdu

“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

Zelenski: “Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq”

Zelenski: “Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq”

Almaniya kansleri də hakerlərin HƏDƏFİNDƏ – Siyasətçilərə məktublar göndərildi

Almaniya kansleri də hakerlərin HƏDƏFİNDƏ – Siyasətçilərə məktublar göndərildi

Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq

Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq

Azərbaycan derbisində heç-heçə - VİDEO

Azərbaycan derbisində heç-heçə - VİDEO

Avropa rusiyalılara qapılarını bağlamağa hazırlaşır? - Viza qadağası təklif edildi

Avropa rusiyalılara qapılarını bağlamağa hazırlaşır? - Viza qadağası təklif edildi

"Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

"Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Nərimanın komandasından növbəti QƏLƏBƏ

Nərimanın komandasından növbəti QƏLƏBƏ

13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

Yəmən sahillərində qaz tankeri VURULDU

Yəmən sahillərində qaz tankeri VURULDU

“Atam və anamdan çox o, mənə dəstək oldu“

“Atam və anamdan çox o, mənə dəstək oldu“

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

End of content

No more pages to load

RADİO