Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlərin NƏZƏRİNƏ

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün elektron qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, hazırda 1553 nəfər zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət edib. Müraciəti təsdiq edilən namizədlər üçün oktyabrın 6-da müsahibə mərhələsi başlayacaq. Namizədlərə sistem vasitəsilə müsahibə mərhələsi üçün onlara təqdim edilən vaxtlardan özlərinə uyğun vaxtı seçib təsdiq etmək imkanı yaradılıb.

Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.

Sertifikat almaq üçün müraciət edən şəxslər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:

- Azərbaycan Respublikasının vətəndaşı olmalı;

- Ali təhsilli olmalı və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsilinə malik olmalı;

- Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir təşkilatda işləməli (dövlət qulluğu sertifikatı olan şəxslər və pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olanlardan iş yeri tələb olunmur);

- Yaşı 22-45 arası olmalı;

- Fiziki cəhətdən sağlam olmalı

- Məhkumluğu olmamalı.

Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında həyata keçirilir.

Namizəd elektron müraciət etdikdən sonra təqdim olunan sənədlərin tələblərə uyğunluğu DİM tərəfindən yoxlanılır. Sənədlər tələblərə uyğundursa, təsdiq, sənədlər tələblərə uyğun deyilsə, imtina olaraq münasibət bildirilir. Bu barədə bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Müraciət təsdiq edildikdə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə SMS göndərilir. Həmin namizədlər elektron anketə daxil olaraq özünə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir. Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

-Şəxsiyyət vəsiqəsi;

-Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);

-İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan (dövlət qulluğu haqqında qanunun tələbinə görə dövlət qulluqçuları müraciət edə bilməzlər) şəxslərdən arayış tələb olunmur. 1) İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatın blankında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbəri tərəfindən imzalanır. 2) Namizəd bu arayışla birlikdə iş yeri haqqında arayışın elektron hökümət portalından çıxarışını da təqdim etməlidir;

-Məhkumluq barədə arayış;

-Vətən müharibəsi iştirakçısı olduğu haqqında sənəd (olduğu təqdirdə);

-“Əməkdar müəllim” olduğu haqqında sənəd (olduğu təqdirdə).

Namizədin təhsil haqqında sənədi və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.

Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.

Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected] poçt ünvanına və +994 55 207 11 31 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

End of content

No more pages to load

RADİO