Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı bədbəxt hadisə baş verib. Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb. Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakının Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda video sosial şəbəkədə yayılıb.
Mənbə yazır ki, qadın yaşadığı evin altıncı mərtəbəsində ayağının altına kiçik stul qoyaraq paltar asmaq istəyib. Bu vaxt sürüşərək balkondan yerə düşüb.
Şahidlər qadının ölmədiyini, ancaq vəziyyətinin ağır olduğunu deyiblər.
Bizim.Media
