Şəhidin "Qarabağ" ordeni ailəsinə verildi - FOTO

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunan şəhid gizir Cavadlı Nemət Cavid oğlunun medalı İmişlidə ailəsinə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu münasibətlə təşkil edilən toplantıda İmişli Rayon İcra Hakimiyyətinin rəhbəri və aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak ediblər.

Təqdimat zamanı çıxış edənlər 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin tarixi əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, gizir Nemət Cavadlı da Vətən uğrunda döyüşlərdə şəhadət zirvəsinə ucalan igid oğullarımızdandır.

Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən mərdlik və igidlik nümunələri göstərib.

Natiqlər Nemətin vətənpərvər bir gənc olduğunu, qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirdiyini, səmimiliyi, döyüşkənliyi, peşəkarlığı, eləcə də yüksək mənəvi və iradi keyfiyyətləri ilə ad çıxardığını xüsusi qeyd ediblər.

Sonra Azərbaycan Ordusunun şəhid giziri Nemət Cavadlının ölümündən sonra layiq görüldüyü “Qarabağ” ordeni atasına təqdim olunub.

Şəhidimizin atası Cavid Cavadov oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə və göstərilən diqqətə, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, şəhid ailələrinə həmişə dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Nemət Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Qarabağ" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı QƏRAR VERİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı QƏRAR VERİLDİ

Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

65 yaşı tamam olan həkimlərə müjdə

65 yaşı tamam olan həkimlərə müjdə

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

9-cu sinif şagirdi qəfil vəfat etdi

9-cu sinif şagirdi qəfil vəfat etdi

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

İran xam neft ixracına başladı

İran xam neft ixracına başladı

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO