“Manipulyasiyalar nəticəsiz qalacaq vəxa0 ölkəmiz növbəti dəfə idman tarixinə, mükəmməliyi ilə yeni səhifə əlavə edəcək”.
Moderator.az xəbər verir ki, bunuxa0Modern.az-a “Amnesty İnternational” təşkilatının Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsi barədə qərəzli fikirlərinə münasibət bildirərkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. O bildirib ki, növbəti həftə keçiriləcək idman bayramını həmin təşkilatın müzakirə etməməsi təəccüb doğurardı:
“Çünki, bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda möhtəbər tədbirlər öncəsi absurt fikirləri ilə gündəmə gəlməyə çalışıb. Təcrübə onu göstərir ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi, bir sıra dairələr tərəfindən təhlil olunur vəxa0 “Amnesty İnternational” bu qərəzli mövqelilər arasında öncüllük daşıyır. Lakin, bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir.xa0 Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycan müasir idman infrastrukturunun yaradılmasında və bu yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Cənab İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib”.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanxa0 özünün milli dəyərlərini təqdim etməklə yanaşı,xa0 ölkəmizdə xalqımıza əsirlər boyu mənsub olan multikultral və tolerant dəyərlərin bütün dünyaya nümayiş etdirir:
“Dinindən, dilindən, irqindənxa0 aslıolmayaraq, bütün vətəndaşlara vəxa0 təşrif buyuran qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının, məhz respublikamızda keçirilməsi, Azərbaycan xalqının və dövlətinin multikulturailzmə ən böyük töhfəsidir. Bu baxımdan,xa0 müxtəlif qərzəli bəyanatların verilməsi və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salamağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Bu gün biz faktiki olaraq dünya ölkələrinin böyük bir qismində islamafobiya,xa0 dini simvollara qarşı dözümsüzlüyün şahidi oluruq. Lakin, Azərbaycanda münasibət tam əksinədir və bu dəfələrlə subut olunub. Beynəlxalq idman yarışının siyasiləşdiriləməsi, onun başqa məcralara yönəldilməsi, yalnız anti – Azərbaycan qüvvələrinxa0 qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu olada bilməz. İşgüzar səfərlər, eləcə də istirahət məqsədi ilə təşrif buyuran qonaqlar və turistlər, xöş təəssüratlarla ölkəmizdən ayrılırlar, buxa0 haqdaxa0 müsbət ifadələrini dilə gətirirlər. Turistlər qeyd edirlər ki, Azərbaycan bu gün Avropadan da fəqlənən dövlətdir, çünki burda təhlükəsizlik dövlət tərəfindən tam təmin olunur, eləcə dəxa0 sadə insanların qonaqpərvərliyixa0 heyran edir. Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və bu gün əldə etdiyi uğurlara qısqanclıqla yanaşanlar, ermənipərəst dairələr qərəzli ifadələrlə özlərini bürüzə verəcəklər”.
Ermənistanın yanaşmasının və yürütdüyü yanlış siyasətin onun işğalçılıq mövqeyinin davamı olduğunu vurğualyan deputat bu fikrini misalla təsdiq edib:
“Dəfələrlə təhlükəsizliyin təmini barədəxa0 ölkə rəhbərliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarına və açıqlamalarına baxmayaraq, Arsenalın oyunçusunun ölkəmizə gəlmək qorxusunu diləgətirməsi və gəlməmək istəyi, qeyd olunanların bariz nümunəsidir. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassızxa0 iddialar sələndirir və şəxsi mənafeləri naminə addımlar atırlar . Nəzərə alsaq ki, Henrix Mxitaryan son dövürlər heç bir maraqlı performans və peşəkər oyun təqdim etmir, bu cür yanaşmanın öz xeyrinə yönəltməsini açıq aydın görmüş olarıq.xa0 Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir. Fərq göz qabağındadır və Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu günü-gündən artırır. Dünyada sülhün və sabitliyin bəqərar olması istiqamətində multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verərək, müxtəlif problemlərin həlli üçün yol xəritəsi çəkən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalarxa0 təsir edə bilməyəcək,bu cür manipulyasiyalar nəticəsiz olaraq qalacaqdır vəxa0 bütün dünya ölkəmizdə növbəti həftə baş verəcək, yüksək səviyyəlixa0 idman bayramının şahidi olacaqdır”.