AYNA rəhbərinin şübhəli villa əməliyyatı – Dövlətin düşməninə 1 milyon verib?

Adnan Əhmədzadənin həbsi bir çox layları tərpədib. Gizli-aşkar oliqarxları hədəfə çıxarıb. Yəqin istintaq bu işdə müəyyən araşdırmalar aparır. Üstəlik media da boş dayanmır, bəzi həssas nöqtələrə yoxlama “zərbələri” endirir.

Bizim.Media “Globalinfo.az”a istinadən xəbər verir ki, bu proses bir qədər əvvəl mediada haqqında məlumat yayılan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevlə bağlı iddiaları gündəmə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq VİLLASINI ALIR - FOTO


Belə ki, Demokrat.az-ın yazdığına görə, Anar Rzayev “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham edilən iş adamı İlqar Hacıyevin villasını 1 milyona alıb:

“1 milyon manatın 300 min manatı metronun “Gənclik” stansiyası ərazində yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə əvəzləşdirilib, 700 min manatı isə nağd ödəniləcək. Artıq Anar Rzayevin adamları tərəfindən həmin villaya baxış da keçirilib”.

Bu, olduqca ciddi məsələ olmaqla yanaşı, AYNA rəhbərində bu qədər vəsaitin haradan olması sualını da aktuallaşdırır. Şübhələri artıran digər məqam AYNA-nın bu xəbərə rəsmi şəkildə aydınlıq gətirməməsidir. İlqar Əliyev Azərbaycan dövlətinə qarşı qərəzli və düşməncə mövqeyi ilə tanınır. AYNA rəhbərinin belə bir adamla alverə girməsi olduqca riskli görünür. Bəs Anar Rzayevi bu qədər cəsarətləndirən hansı səbəblərdir.

Bununla yanaşı, zaman-zaman mətbuatda Anar Rzayevlə bağlı müxtəlif neqativ məzmunlu xəbərlər yayılır. Xüsusən parkinq xidmətlərində və tender məsələlərində AYNA sədrinin adı qanunsuz əməllərdə hallanır. Bütün bunlar onun və rəhbərlik etdiyi qurumla bağlı araşdırmaların aparılacağını gündəmə gətirir.
 

Xatırladaq ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Belə ki, Hacıyev İlqar Allaz oğlu barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb.


İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.

Ona xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. Nəşr AYNA rəhbəri Anar Rzayevin mövqeyini dərc etməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

Kanat yolunda qalan sərnişinlər təxliyə edildi - VİDEO

Kanat yolunda qalan sərnişinlər təxliyə edildi - VİDEO

Bir qarın çörəyə rəhbər yad edilir - VİDEO

Bir qarın çörəyə rəhbər yad edilir - VİDEO

Fransada 1500 hektar meşə ərazisi yanır - VİDEO

Fransada 1500 hektar meşə ərazisi yanır - VİDEO

Çağatay sevgilisi ilə toyda - FOTO

Çağatay sevgilisi ilə toyda - FOTO

Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın oldu - VİDEO

Qazaxın Aslanlı kəndində taxıl sahəsində yanğın oldu - VİDEO

Stoltenberq: "NATO-nun əbədi olacağına dair heç bir zəmanət yoxdur"

Stoltenberq: "NATO-nun əbədi olacağına dair heç bir zəmanət yoxdur"

Netanyahu: “İsrailə qarşı nifrət sonda ABŞ-a yönəlir” - VİDEO

Netanyahu: “İsrailə qarşı nifrət sonda ABŞ-a yönəlir” - VİDEO

"Türk Dünyası Həftəsi" başa çatdı - Ən mühüm nəticəsi "Xankəndi Bəyannaməsi" oldu

"Türk Dünyası Həftəsi" başa çatdı - Ən mühüm nəticəsi "Xankəndi Bəyannaməsi" oldu

Millimiz İrlandiyaya məğlub oldu

Millimiz İrlandiyaya məğlub oldu

End of content

No more pages to load

RADİO