“Niva”nı ötmək istədi, dostunun ölümünə səbəb oldu

Spirtli içki içməyə gedən dostlar yolda qəzaya düşüb. Onlardan biri avtomobilin altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, hadisə Ağdam rayonun Xıdırlı kəndi istiqamətində baş verib. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Hadisəyə səbəb "VAZ 2107” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşması olub. Avtomobili 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu idarə edirmiş.
 

Maşında Allahverənov İlyas Allahyar oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu da olub. İlyas Allahverdiyev maşından yıxılıb. Sonra maşın onun üzərinə aşıb. İlyas hadisə yerində dünyasını dəyişib.


Avtomobildə olan 4 nəfər dost olublar. Onlar hadisədən bir neçə saat əvvəl spirtli içki qəbul ediblər. Sonra yenə içki içmək istəyiblər. Pulları olmadığı üçün bir az düşünüblər. Sonra İlyas 30 manatı olduğunu, içki içməyə gedə biləcəklərini deyib.

Qəzanı törədən Namiq deyib ki, İlyasın bu təklifi ilə razılaşmayıb. Lakin İlyas təkid etdiyi üçün yola çıxıblar.

Yolda olan zaman Namiqin idarə etdiyi maşını başqa bir avtomobil ötərək keçib. Namiq də buna əsəbləşərək həmin “Niva” markalı maşının arxasınca gedərək onu ötmək istəyib. Bu zaman yolun çuxurlu hissəsinə düşüb və avtomobil idarətməni itirib.

Namiq əməlindən peşman olduğunu deyib. Bildirib ki, dünyasını dəyişən İlyasla və digər zərərçəkmiş şəxslərlə dost olub.

Mərhumun ailə üzvləri Namiqi bağışlayıblar. Lakin bildiriblər ki, Namiq və ailəsi onlara heç bir dəstək göstərməyib.

Məhkəmənin hökmü ilə Namiq 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Yetişmiş qarpızı necə seçmək olar?

Yetişmiş qarpızı necə seçmək olar?

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

Yer Günəşdən maksimum uzaqlaşacaq

Yer Günəşdən maksimum uzaqlaşacaq

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Qara limonad yay mövsümünün yeni trendinə çevrilir:Onun sirri nədədir?

Qara limonad yay mövsümünün yeni trendinə çevrilir:Onun sirri nədədir?

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

Üzüm bağlarında təhlükəli XƏSTƏLİK - Hektarlarla sahə RİSK altındadır

Üzüm bağlarında təhlükəli XƏSTƏLİK - Hektarlarla sahə RİSK altındadır

Fatimə ilə birlikdə xəsarət alan tələbə də həyatını itirdi - FOTO

Fatimə ilə birlikdə xəsarət alan tələbə də həyatını itirdi - FOTO

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Rusiyaya NOTA VERDİ

Sabiq rəis cərimələnsə də- İşçisi həbs olundu

Sabiq rəis cərimələnsə də- İşçisi həbs olundu

Telman Salahov vəfat etdi

Telman Salahov vəfat etdi

Ukrayna ilk dəfə Rusiyanın Omsk vilayətinə dronla hücum etdi – VİDEO

Ukrayna ilk dəfə Rusiyanın Omsk vilayətinə dronla hücum etdi – VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO

End of content

No more pages to load

RADİO