Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza yayıb.
Onun sözlərinə görə, Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu birliyin katibləri təyin olunublar.
Bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.
Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub.
Bizim.Media