Qəyyumluğa verilən 14 yaşlı yeniyetməyə İŞGƏNCƏ verildi – Bəs ona kim NƏZARƏT edirdi?

Xəbər verdiyimiz kimi, Sabunçuda yetkinlik yaşına çatmayan şəxs qəyyumu, öz xalası tərəfindən fiziki zorakılığa məruz qalıb. Araşdırmalardan sonra qəyyum Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi – FOTO


Hadisədən sonra cəmiyyətdə kimlərin qəyyum ola biləcəyi, qəyyum olan şəxsin sağlamlığı, psixoloji durumunun yoxlanılması məsələsi müzakirə olunur. Qəyyumluğa verilənlərin sonrakı yaşayışının mütəmadi nəzarətdə saxlanılması, yoxlanılması da cəmiyyəti maraqlandıran məsələlərdəndir. 

Ailə Məcəlləsinə əsasən, müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qəyyumluq 14 yaşınadək olan uşaqlar üzərində təyin edilir.

Uşaqlara qəyyum təyin edilərkən qəyyumun əxlaqı və başqa cəhətləri, onun qəyyumluq vəzifəsini yerinə yetirə bilməsi, onun, həmçinin, ailəsinin uşaqla münasibəti nəzərə alınmalıdır.

Burada uşağın öz istəyi də nəzərə alınmalıdır. 

Bəs uşağın qəyyumluğa verilməsində iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti qanunda göstərilənlərə əməl edibmi?

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, uşaqların qohumu quruma ərizə ilə müraciət edərək uşaqlara himayədar və qəyyum olmaq istədiyini bildirib:

“Azyaşlı Məlikov Ülvinin (Ad və soyad şərtidir) anası mərhum Məmmədova Fəridə İsmayıl qızı 2019-cu ildə həyat yoldaşı Məmmədov Vüsal Nizami oğlu tərəfindən dəfələrlə məişət zorakılığına məruz qalıb, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupuna müraciət etmiş və monitorinq və əlaqələndirmə qrupu tərəfindən Qısamüddətli Mühafizə Orderi ilə təmin edilib. 


Vətəndaş F.Məmmədovaya qarşı zorakılıq halları təkrarlandığından o, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib, lakin sonradan həyat yoldaşını bağışlayaraq onun məsuliyyətə cəlb olunmasının qarşısını almışdır. Elə bu hadisədən sonra vətəndaş V.Məmmədov həyat yoldaşı F.Məmmədovanı yaşadıqları binanın önündə azyaşlı övladlarının gözü qarşısında amansızcasına qətlə yetirib. 

Faktla bağlı Məmmədov Vüsal Nizami oğlu Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilib.

Həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qaldığı müddətdə daim mərhum F.Məmmədovanın yanında olan və ona maddi-mənəvi dəstək olan yaxın qohumu Novruzova Günay Ramiz qızı hadisədən sonra Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək hal-hazırda onunla birlikdə yaşayan və psixoloji sarsıntı keçirən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan qohumları 25.05.2004-cü il təvəllüdlü Məlikov Natiqin (Ad və soyad şərtidir) üzərində himayəçi, 03.02.2011-ci il təvəllüdlü Məlikov Ülvinin (Ad və soyad şərtidir) üzərində isə qəyyum təyin edilməsini xahiş edib”.

Məlumatda qeyd edilib ki, ötən illər ərzində vətəndaş G.Novruzovanın qəyyumluq vəzifələrinin icrası ilə bağlı Komissiyaya hər hansı müraciət və ya şikayət daxil olmayıb:

“Məsələ ilə bağlı Komissiya tərəfindən vətəndaş G.Novruzovanın həyat şəraiti, ailə və sosial vəziyyəti, sağlamlıq durumu araşdırılmış, azyaşlıların mənafeyi və məsələyə münasibəti nəzərə alınmış və müvafiq sərəncamla G.Novruzova azyaşlıların üzərində qəyyum təyin edilib.
Komissiya tərəfindən əlamətdar günlər və bayramlarla əlaqədar qəyyumluqda olan uşaqların ailələrinə bayram sovqatı verildiyi zaman uşaqların qəyyumu ilə birlikdə Lənkəran şəhərində yaşadıqları bildirilib. 
 

01.09.2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsindən Komissiyaya azyaşlının məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, dərhal Komissiya tərəfindən hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana səfər təşkil edilib. Səfər zamanı vətəndaş G.Novruzovanın hal-hazırda azyaşlı ilə birgə Lənkəran şəhərində olduğu müəyyən edilmişdir. Sabunçu Rayon Polis İdarəsi tərəfindən vətəndaş G.Novruzova azyaşlı ilə birlikdə Bakıya gətirilib. 



Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən vətəndaş Novruzova Günay Ramiz qızının qəyyumluq vəzifələrinin icrasına xitam verilmişdir və Sosial Xidmətlər Agentliyi tərəfindən azyaşlı ilkin tibbi müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilmişdir. Azyaşlının müvafiq sığınacağa yerləşdirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumuna (himayəçiyə) 140 manat sosial müavinət verilir. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

End of content

No more pages to load

RADİO