Gəncədə DƏHŞƏT: 57 yaşlı kişi kürəkəninin 13 yaşlı qohumuna təcavüz etdi

Gəncədə 57 yaşlı kişi 13 yaşlı qıza təcavüz edib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisindəki evlərdən birinin həyətyanı sahəsində baş verib.

Şəhər sakini, 1967-ci il təvəllüdlü Rauf Məmmədov (soyadı şərtidir) qızının evinə gəlib-gedərkən orada kürəkəninin 2012-ci il təvəllüdlü xalası qızı A.N.-i görüb və ona qarşı seksual hərəkətlər etmək qərarına gəlib. Məlum olub ki, azyaşlı valideynləri ilə deyil, babası və nənəsi ilə yaşayır. O, evin ünvanını öyrənib və həmin ailəyə gedib-gəlməyə başlayıb.
 

Bir gün Rauf öyrənib ki, A.N.-in nənəsi ilə babası şəhərə qohumlarıgilə gediblər və evə gec gələcəklər. O, həmin ünvana gedib, A.N.-i çağırıb və onunla söhbət etmək istəyib. A.N. onun məqsədini başa düşüb və ona toxunmamasını xahiş edib. Rauf isə azyaşlının xahişinə baxmayaraq, onu qucaqlamağa cəhd edib. Amma A.N. onu itələyib özündən uzaqlaşdırmağa cəhd edib. Rauf cibindən bıçaq və silahabənzər oyuncaq tapança çıxararaq qızı hədələyib.


O bildirib ki, əgər səsini çıxarsa, onun babası və nənəsini öldürəcək. Raufun hədələrindən qorxan A.N. sakit dayanıb. Bundan istifadə edən Rauf qızı yerə yıxaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub və ona bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Bundan başqa, Rauf qıza tapşırıb ki, o, nə vaxt istəsə, A.N. onun çağırışına gəlib onunla cinsi əlaqədə olsun.

Əks halda, Rauf yenə də qızı baba və nənəsini öldürməklə hədələyib.

Bu yolla Rauf bir neçə dəfə qızla babasıgilin həyətində cinsi əlaqədə olub.

Bir gün Rauf yenidən qızı görüşə çağırsa da, qız onun çağırışına gəlməyib və məktəbə gedib.

Rauf qızın arxasınca gedib, onu məktəbin həyətinə çağırıb və hədələməyə başlayıb. Məktəbin həyətində onları müəllimələrdən biri görüb və Raufdan məqsədinin nə olmasını soruşub. Rauf isə müəllimənin gəldiyini görüb və hadisə yerindən qaçıb.

Müəllimə hadisə barədə qızın atası və babasına məlumat verib. Bundan sonra qız olanları valideynlərinə danışıb.

Faktla bağlı cinayət işi başlanıb və Rauf polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 17 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

End of content

No more pages to load

RADİO