Dəb xətrinə istifadə edilən alınma SÖZLƏR – Dilimizi necə KORLAYIR?

Alınma sözlər bütün dillərin inkişafında mühüm rol oynayır. Onlar dilin söz ehtiyatını genişləndirir, xüsusilə elmi, texniki, siyasi sahələrdə bu sözlərin istifadəsi labüddür. Amma alınma sözlərin yalnız düzgün və yerində istifadəsi dilin inkişafına müsbət təsir göstərə bilər, əks halda dil öz milli strukturunu itirib qeyri-müəyyən bir şəkil ala bilər.

Məktəblərdə yersiz alınma sözlərdən istifadə olunmayacaq

Məsələn, Rusiyada “tolerant”, “gender”, “bulling” və s. kimi sözlər məktəblərdə qadağan edilib. Nə müəllimlər, nə də şagirdlər bu sözlərdən yeni dərs ilində istifadə edə biləcəklər. Buna səbəb isə bu sözlərin rusca qarışılığının olmasıdır. Bundan sonra ən azından məktəblərdə alınma sözlərdən istifadə olunmayacaq.

Filoloq, dilçi alim Baba Məhərrəmli də təsdiqləyir ki, yersiz alınma sözlər dili korlaya bilər. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, yerli-yersiz əcnəbi sözlərin işlənməsi yolverilməzdir:

“Alınma sözlər elə bir prosesdir ki, dili ondan təcrid etmək olmaz. Bütün dillərdə bu proses baş verir. Xüsusən də, texnologiyanın inkişafı ilə əlaqədar kütləvi şəkildə dilimizə yeni sözlər qəbul olunur. Bunun qarşısını almaq qeyri-mümkündür. Amma bəzən süni olaraq özlərini müasir göstərmək üçün alınma sözlərdən istifadə olunur. Düşünürəm ki, bir sözün yerli qarşılığı varsa, alınma sözə ehtiyac yoxdur. Hər sözü dəbdir deyə, dilə gətirmək olmaz” – deyə o vurğuladı. 

Hər söz dəbdir deyə, dilə gətirmək olmaz

Adətən biznes mühitində kompüter proqramlarının ingilis dilində istifadəsi ənənəvi dilləri ələ keçirir, işçilərin danışıq tərzində dəyişikliklərə səbəb olur. Sosial medianın meydana çıxması ilə indiki gənclər tərəfindən də mənimsənilir.
 

“Bir də var “kompüter, telefon” kimi beynəlxalq sözlər, “gender” sözü də bu tipli sözdür. Beynəlxalq terminlər təbii ki, mətbuat dilində, siyasi leksikonda işlənir. Əgər terminoloji və digər lüğətlərimizə daxil olarsa, onları işlətməyimiz normaldır.


Sadəcə dilin milli strukturunu pozmamaq şərti ilə, leksik-qrammatik normalarına uyğun istifadə olunmalıdır. Elə söz var ki, məsələn onu ingilis öz fonotaktikasına uyğun şəkildə deyir. Biz onun tələffüzündə olduğu kimi deyil, öz dil quruluşumuza uyğun deməliyik ki, dilimizdə sabitləşsin. İstənilən halda bütün alınma sözlər işlənmə dərəcəsindən asılı olaraq dildə sabitləşirsə, oturuşursa, qəbul olunur”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

End of content

No more pages to load

RADİO